104
incəbel, çənəsi yumru, ağdiş olmalıdır. Hansı qul gözəl, xoş xasiyyət və
qürurlu olsa, o, yumşaq təbiət, iş bacaran və şirin söhbət olar.
Ev üçün alınan xoşbəxt qul qaməti düz, köklüyü orta, dərisi ağ,
rəngi al, enlik-ürək, barmaqları aralı, alnı geniş, şəhlagöz, gülərüz
olmaqdır. Belə qul elm öyrənmək, təsərrüfatı idarə etmək, katiblik,
xəzinədarlıq və başqa bütün işlərə yarar.
Musiqi üçün alınan qulun əti yumşaq və az, xüsusilə dal tərəfdə
nə kök, nə arıq və barmaqları nazik olmalıdır. Ayıq ol, üzüətli alma,
heç nə öyrənə bilməz. Lakin ovcu yumşaq, barmaqları aralı, üzügülər,
dərisi nazik, tükü nə uzun, nə gödək, nə tünd qırmızı, nə tünd qara,
şəhlagöz, ayağının altı düz olmalıdır.
Belə qul hansı peşəni istəsən, tez öyrənər, xüsusilə musiqini.
Hərbi işə alınan qulun tükü cod, qaməti uca, yekəpər, əti möhkəm,
sümüyü bərk, oynaqları qüvvətli olmalı, əzələləri uzun, qabarıq, bütün
bədənində damarlar aydın və iri görünməlidir, barmaqları sərt, ovcu iri,
sinəsi geniş, kürəyi enli, boynu güclü, başı yumru (daz olsa, daha yaxşı),
qarnı batıq, beli təng, yeriyərkən baldırları yuxarı dartılan, üzü qəzəbli,
gözü qanlı olmalıdır. Belə qulam savaşda şücaətli və xoş taleli olar.
Hərəmxana üçün alınan qul qara dərili, turşüz, gönüqalın,
qurubədən,
naziktük,
qayışpaça,
yoğundodaq,
yastıburun,
gödəkbarmaq, əyribel, çöpboyun olmalıdır. Belə qul hərəmxanaya
xidmət etməyə layiqdir, amma ağ dərili, alyanaqlı yaramaz.
Kürən quldan, xüsusilə saçlarını uzadanlardan ehtiyatlı ol, onların
gözündə nəmlik və qəmlik olmamalıdır. Belələri ya arvadsevən olar, ya
aradüzəldən.
Utanmaq bilməyən ortayaşlı qul mehtərliyə yaxşıdır. O, enliqaş,
irigöz, enlikürək, əl-ayağı kobud və gödək, xüsusilə əyri olmalıdır. Özü
kürən, gözü göy, gözünün ağında qırmızı dənələr, uzun dodaq, iridiş,
böyükağız olmalıdır. Belə qul çox həyasız, nanəcib, ədəbsiz, qarayaxan
və dava axtaran olar.
Aşpazlığa və fərraşlığa
67
yarayan qulun əlamətləri bunlardır:
onun üzü təmiz, bədəni pak, çöhrəsi girdə, əl-ayağı zərif, gözləri
mavi, boyu uca, az danışan, saçı qumral və uzun olmalıdır. Belə qul
dediyim işə yarar.
QUL ALMAQ VƏ ONUN ŞƏRTLƏRİ HAQQINDA