105
Deməli, bil, dediyim bu şərtləri nəzərə al.
İndi də onların hərəsinin müsbət və mənfi cəhətlərini deyirəm, biləsən.
Türkan
68
qulları doqquz cür olur, hərəsinin də özünə görə ayrı
xasiyyəti və təbiəti var. Onların hamısından pis xasiyyətlisi qıpçaq
və quzlardır, hamısından xoşxasiyyət və üzüyolaları isə xötənlilər,
xalluxlar, bəxşilər, tibetlilər, hamısından süst və tənbəlləri çigillər,
hamısından ürəkli və şücaətliləri rumilərdir. Hamısından zəhmətkeş,
əməksevən və işə yarayanları çiyan, tatar və yağmalardır
69
.
Türklərin gözəllikləri ümumi görünüşlərindən məlum olar, onların
yaxşı cəhətlərini tərif, pis tərəflərini tənqid etməkdən bir şey çıxmaz.
Hindlilərdə isə əksinə. Məsələn, türkə baxdıqda, başı böyük, üzü enli,
gözləri kiçik, burnu yastı, dişləri kobud nəzərə çarpır və ayrılıqda
bunların heç biri gözəl deyildir, lakin hamısına bir yerdə baxanda sima
çox qəşəng görünər.
Hindlilərin üzləri isə əksinədir, ayrı-ayrı baxdıqda hərəsi özlüyündə
gözəldir, lakin hamısına birlikdə baxdıqda türklərin surəti kimi
görünər. Lakin türklərdə elə xasiyyət, məziyyət və adət var ki, onlar
hindlilərdə yoxdur. Amma cəldlikdə türklərə çatan olmaz, türklərin
nəyi gözəldirsə - ən gözəldir, nəyi pisdirsə - ən pisdir. Onların ən böyük
eybi odur ki, huşsuz, nadan, dikbaş, davakar, narazı, qəddar, bədməst,
səbəbsiz qarışıqlıq salan, danışığını bacarmayan olarlar. Gecələr daha
cürətli olarlar, gecə göstərdikləri şücaəti gündüzlər göstərə bilməzlər.
Onların üstün cəhəti odur ki, çox igiddirlər, qorxmadan açıqdan-açığa
düşmənçilik edər, tapşırılan bütün işləri hərisliklə yerinə yetirərlər.
Çox incəruhlu və kefcil olarlar, eyşişrət məclislərində, şənliklərdə
onlara çatan olmaz.
Səqləbilər, rumilər, alanlar
69
təbiət etibarilə türklərə yaxındırlar, lakin
türklərdən daha təmkinli və zəhmətkeşdirlər. Alanlar gecə türklərdən
daha çox igid, daha çox Allahpərəst olarlar. İşləməkdə rumilərə yaxın
olsalar da, ruhda türklərə yaxın olarlar. Lakin onlarda bir neçə eyib
vardır: oğurluq, əmrə tabe olmamaq, vəfasızlıq, qeyri-səmimilik,
səbirsizlik, lənglik, süstlük, ağasına düşmənlik, bir ayağı qaçmaqda
olmaq. Üstün cəhətləri: bədəni yumşaqlıq, xoş təbiətlilik, istiqanlılıq,
səliqə ilə işləmək, doğru danışmaq, qoçaqlıq, üzüyolalıq, hafizəlilik.
QUL ALMAQ VƏ ONUN ŞƏRTLƏRİ HAQQINDA