106
Ruminin eyibləri: danışıq bilməyən, kinli, süst təbiətli, nasaz, cırtqoz,
acgöz və dünyapərəst olmaqdır. Üstün cəhətləri özünəbaxan, mehriban,
xoş ətirli, təsərrüfatcıl, zarafatcıl, dillərini saxlayan olmalarıdır.
Erməninin eybi: bədfel, kündəbədən, oğru, gözügötürməyən, bir
ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız,
riyakar, söyüş sevən, ürəyi xıltlı, ağasına düşmənçilikdir. Ümumiyyətlə,
onlar başdan ayağa müsbətdən mənfiyə yaxındırlar, lakin doğru
danışan, tez başa düşən, işlərini bilən və zəhmətsevən olarlar.
Hindlilərin eybi odur ki, dili bilməzlər, evdəki kənizləri rahat
buraxmazlar. Lakin hindlilərin də cinsi başqa tayfaların cinsinə
oxşamaz, çünki hindlilərdən başqa bütün xalqlar bir-biri ilə qarışmışlar,
hindlilərin Adəm zamanından başlamış belə bir adətləri var ki, heç
bir təbəqə başqa təbəqəyə qatışmaz, baqqallar qızlarını baqqallara,
qəssablar qəssablara, çörəkçilər çörəkçilərə, hərbçilər hərbçilərə,
brəhmənlər brəhmənlərə verərlər. Onların hərəsinin isə bir xüsusiyyəti
var və bunları bir-bir şərh edə bilmərəm, kitab əndazədən çıxar. Onların
yaxşısı - həm mehribanı, həm ağıllısı, həm şücaətlisi - ya brəhmən olar,
ya brəhmən kimilər.
Nubilərin və zəncilərin eybi daha azdır. Zənci nubidən yaxşıdır,
Peyğəmbərin (s.) hədisində zəncilərin haqqında çox təriflər vardır.
Cinsləri tanımaq, onların hərəsinin mənfi və müsbət cəhətlərini bilmək
bunlardan ibarətdir. İndi də üçüncü şərti deyirəm, biləsən.
Zahiri və batini xəstəliklərin hamısını xarici əlamətlərdən bilməyi
öyrən ki, xam düşüb ilk baxışdan almayasan. Çünki ilk baxışda gözəl
nəzərə gələnlərin çoxları sonradan çirkin görünürlər, çox çirkinlər olur
ki, sonra gözəl görünür. Bir də insanların üzü həmişə bir qaydada
qalmır, həmişə gah gözəlliyə meyl edər, gah çirkinliyə. Ona diqqətlə
bax ki, heç şey sənin nəzərindən qaçmasın. Bir çox daxili xəstəliklər olar
ki, gəlməyə hazırlaşarlar, lakin hələ gəlməmiş olarlar. Bir neçə gündən
sonra başlayacaq xəstəliklərin isə xüsusi əlamətləri olar. Məsələn,
əgər yanağı bir az sarıya çalsa, dodağının rəngi qaçmış olsa, gözləri
pərişanlıq ifadə etsə, bu, babasil əlamətidir; göz qapaqları həmişə
şişmiş olsa, istisqa
70
xəstəliyidir. Gözün qırmızılığı, alın damarlarının
şişkinliyi ürək keçmə xəstəliyi əlamətidir.
QUL ALMAQ VƏ ONUN ŞƏRTLƏRİ HAQQINDA