107
Kirpikləri gec-gec vurmaq, dodağı tez-tez gəmirmək, melanxoliya,
burun sümüyünün əyriliyi, burunun düz olmaması burun babasili
71
burundan qanaxma xəstəliyi əlamətidir. Tük tünd qara, cod və arabir
daha qara olsa, demək, o, saçını qaraltmışdır. Bədənin dağlanma yeri
olmayan müxtəlif yerlərində dağ olsa, duda sürtə bilərlər, fikir ver,
cüzam olmasın; dodağın rənginin qaçması, gözünün sarılığı sarılıq
xəstəliyinə dəlalət edər.
Qul alarkən arxası üstə uzat, hər iki böyürünü əlinlə yoxla, gör
şiş, ağrıyan yeri varmı, olsa, bu, qara ciyər və ya dalaq xəstəliyinin
olduğuna dəlildir.
Gizli xəstəlikləri yoxladıqdan sonra açıq xəstəlikləri yoxlamağa
başla: ağzın iyini, burnun iyini, qulağın karlığını, dilin pəltəkliyini, səsin
yoğun və cırlığını, nitqin səlis və pozğunluğunu, yerişini, dişin sıra
və saflığını, diş diblərinin möhkəmliyini yoxla ki, səni aldatmasınlar.
Bütün bu dediklərimi etdikdən, görüb hər şeyi aydınlaşdırdıqdan
sonra alacağın qulu etibarlı və düz adamdan al, qoy sənin də evində
düz dolansın.
Əcəmi
72
tapsan, fars alma, çünki xaricini öz xasiyyətinə uyğunlaşdıra
bilərsən, farsı isə yox.
Şəhvət üstün gələn vaxt qul və cariyələrin göstərilməsini tələb
etmə, qul çirkinsə, ehtirasın çoxluğu onu sənin gözünə gözəl göstərər.
Əvvəlcə, şəhvətini söndür, sonra onları almaqla məşğul ol. Başqa yerdə
əzizlənmiş qulu alma. Əzizləsən, sənə minnətdar olmaz, çünki başqa
yerdə bunu görmüşdür, pis saxlayıb əzizləməsən, qaçar, ya satılmasını
istər, ya ürəyində sənə qarşı kin bəslər.
Qulu alanda elə yerdən al ki, orada onunla pis rəftar etmiş olsunlar.
Ona balaca yaxşılıq etsən, sənə minnətdar olar, səni ürəkdən sevər.
Vaxtaşırı qula pul ver, qoyma həmişə pula möhtac olsun, yoxsa pul
əldə etmək üçün başqa yerə gedər. Qiymətli qul al, hər kəsin ləyaqəti
onun qiyməti ilə müəyyən edilər. Çox ağası olmuş qul alma. Çox ərdə
olmuş arvad da və çox ağası olmuş qul da tərifə layiq bir şey olmaz.
Hər nə alsan, gündən-günə qiyməti artan al.
Qul satılmasını həqiqətən istəyirsə, inad etmə, sat. Arvad həqiqətən
boşanmaq, qul doğrudan satılmaq istəyirsə, o arvaddan və bu quldan
QUL ALMAQ VƏ ONUN ŞƏRTLƏRİ HAQQINDA