108
şadlıq gözləmə. Qul səhv və xəta üzündən deyil, qəsdən tənbəllik edib
bilə-bilə səhlənkarlıq göstərirsə, ona zorla yaxşı işləməyi öyrətmə, o,
heç bir vəchlə çalışıb cəld, işbacaran və səliqəli olmayacaq. Onu sat.
Yatmışı səslə oyatmaq olar, tənbəli təbillə də hərəkətə gətirmək
olmaz. İşə yaramayan əhli-əyalı başına toplama. Az arvadlılıq ikinci
dövlətlilikdir.
O qədər xidmətçi saxla ki, qaçmasınlar, saxladığına isə yaxşı bax.
Bir nəcib saxlamaq iki nanəcib saxlamaqdan yaxşıdır.
Qoyma sənin evində qullar bir-birinə qardaş, cariyələrə isə bacı
desinlər, ondan böyük şeylər törəyər. Öz qullarını və azadanlarını
73
gücləri çata biləcək qədər yüklə, elə etmə ki, gücləri çatmadıqları üçün
tabe olmaqdan boyun qaçırsınlar. Özün insaflı və düz ol ki, düzlər və
insaflılar tərbiyəçisi olasan.
Qul öz ağasını atası və anası hesab etməlidir. Qul satandan
qorxmayan qulu alma, ulaq baytardan qorxan kimi qul da qul satandan
qorxmalıdır. Hər xırda şeyin üstündə satılmasını istəyən qul, demək,
satılıb alınmasından utanmır, ona bel bağlama, ondan xeyir gəlməz, tez
başqası ilə əvəz et. Mən dediyim kimiləri tap ki, başağrısı olmasın.
QUL ALMAQ VƏ ONUN ŞƏRTLƏRİ HAQQINDA