122
sənət başqa şey. Lakin həqiqətə qalsa, mənim əqidəmcə, peşə ən
böyük sənətdir. Böyük adamların uşaqları yüz peşə öyrənib birini də
işlətməsələr, bu, eyib deyil, bəlkə, sənətdir, bir gün gələr, hərəsi bir işə
yarayar.
Hekayət. Bil, elə ki, Qoştapsı
82
taxtdan saldılar (bu əhvalat uzundur,
ancaq məqsəd budur ki, onun yolu Ruma düşür), Kostəntəniyyəyə
83
gedir, dünya malından yanında heç nəyi olmur. Çörək dilənmək ona
ar gəlir. Demə, o, uşaqlığında dəmirçilərin necə qılınc, bıçaq, üzəngi,
yüyən və başqa dəmir şeylər qayırdığını görmüş, alnına bu sənət
yazıldığı üçün həmişə dəmirçilərin yan-yörəsində dolanmış, onlara
diqqətlə baxmış və bu peşəni öyrənmişmiş.
O, Rumda çarəsiz qaldıqda gedib Rum dəmirçilərinə deyir: “Mən
bu sənəti bilirəm”. Onu muzdur qəbul edirlər. Nə qədər orada qalır, o
peşə ilə güzəranını keçirir və heç kəsə möhtac olmur, vətənə qayıdana
qədər xərcini dəmirçilikdən çıxarır. Vətənə qayıtdıqda orduya əmr
edir ki, heç bir böyük adam övladına sənət öyrətməyi eyib hesab
etməməlidir, qoy qüvvət və şücaət işə yaramayan vaxtlarda heç
olmazsa onlar sənətdən istifadə edə bilsinlər. Hər öyrənilən peşə bir
gün işə yarayar.
Sonra Əcəmdə bu, adətə keçdi. Elə bir böyük adam tapılmazdı ki,
o öz övladına bir peşə öyrətməsin. Ona ehtiyac yox olmasada, adətə
çevrilmişdi.
Deməli, nə öyrənmək mümkünsə, hamısını öyrən, faydasını
görərsən. Lakin oğlun həddi-buluğa çatdıqda ona diqqət yetir, gör
nəyə həvəsi var, nə ilə məşğul olmaq istəyir, təsərrüfatı sevir, ya arvad
almaq fikrindədir, yoxsa güzəranını yaxşılaşdırmaq? Bundan sonra
evləndirməyə hazırlaş.
Oğluna qız alarkən və ya qızını ərə verərkən çalış öz qohumlarından
olmasın, qızı özgələrindən al, qohumu alsan da, almasan da onun əti
ətindən, qanı qanındandır. Başqa qəbilədən al ki, həm sənin qəbilən
qohumluğunda qalsın, həm də özgə bir qəbilə yeni qohumun olsun,
beləliklə, gücün ikiqat artsın, köməyin iki olsun.
ÖVLAD TƏRBİYƏ ETMƏK VƏ ONUN QAYDALARI HAQQINDA