11
olunur, poetika və təbabət dərslikləri yazılır,
hökmdarlar arasında danışıqlar aparılır, müqavilələr
bağlanır və pozulur, filosoflar və mütəfəkkirlər bir-
biri ilə yazışırdı. “Qabusnamə” və bir çox başqa
kitablar fars dilindən Azərbaycanın alim-şərqşünası
Rəhim Sultanov tərəfindən tərcümə edilmişdir.
Bu gün Azərbaycan müstəqil ölkə olduğu üçün
öz oxucusuna Şərqlə ayrılmaz şəkildə bağlı olan
ortaq mədəniyyətini, tarixini, fəlsəfəsini təqdim
etmək istəyir. “Qabusnamə” də bu mənada
varisliyin bariz nümunəsi hesab olunur.