132
Qasid gətirib məktubu verir, Seyyidə deyir: “Soltan Mahmuda de
ki, nə qədər ərim sağ idi, mən ürəyimdə qorxurdum ki, sən bu fikrə
düşüb Reyə hücum edərsən. Lakin elə ki, ərim vəfat etdi, işlər mənim
öhdəmə qaldı, bu qorxu ürəyimdən çıxdı. Dedim, Soltan Mahmud ağıllı
şahdır, bilir ki, mənim kimi bir qadınla müharibə etmək onun şəninə
yaraşmaz. İndi əgər gəlsən, Allah da şahiddir ki, qaçmayacağam, savaşa
başlayacağam. İki şeydən biri olacaq - iki qoşundan biri məğlub ediləcək;
əgər mən qalib gəlsəm, yazıb bütün dünyaya car çəkəcəyəm ki, yüzlərlə
şahları məğlub etmiş Soltan Mahmudu mən məğlub etmişəm, mənə
həm “fəthnamə” yazarlar, həm “mədhnamə”. Sən mənə qalib gəlsən,
nə yaza bilərsən? Deyəcəksən ki, bir qadını məğlub etmişəm? Sənə nə
fəthnamə”, düşər, nə də “mədhnamə”. Qadını məğlub etmək çox da
fəxr deyil. Deyərlər: “Soltan Mahmud bir qadını məğlub etmişdir”.
Bu sözdən sonra nə qədər ki, Seyyidə sağ idi, Soltan Mahmud Rey
xəyalına düşmədi və ora hücum etmədi.
Bütün bunları ona görə deyirəm ki, öz düşmənini çox da
rüsvay etməyəsən, lakin ondan arxayın da olmayasan, xüsusilə ev
düşmənindən. Özün də ev düşmənindən daha çox qorx, çünki sənin
işlərindən onun xəbəri olduğu qədər yadın xəbəri ola bilməz, səndən
qorxuya düşəndə, ürəyində həmişə sənə pislik etmək fikrində olar və
sənin vəziyyətinin də nə yerdə olduğunu yaxşı bilər. Xaricdəki düşmən
o qədər bilməz. Buna görə də heç bir düşmənlə həqiqi dostluq etmə,
üzdə dostluq et, bəlkə sonra dönüb həqiqi oldu, çünki çox zaman
düşmənçilik dostluğa, dostluq isə düşmənçiliyə çevrilir, belə dostluq
və düşmənçilik çox möhkəm olur.
Düşmənlərlə yaxınlığı çarəsizlik hesab et. Düşmənə elə zərər
vur ki, bundan sənin özünə ziyan dəyməsin. Çalış dostların sayı
düşmənlərindən ikiqat artıq olsun. Çox dostlu, az düşmənli ol. Min
dosta ümid edib bir düşmən qazanma və bil ki, o min dost sənin
hayına qalmaz, bu bir düşmən isə vayına çıxar.
Hər kəsi öz yerində oturtmağı bacar. Öz qədrini bilməyən adamın
mərdliyində nöqsan var. Düşmən səndən güclü olsa da, onun işini
çətinləşdirməkdən əl çəkmə, düşmən səndən aman istəsə, nə qədər
DÜŞMƏNDƏN EHTİYATLI OLMAQ HAQQINDA