133
böyük düşmən olsa və sənə nə qədər pislik etmiş olsa, yenə aman ver
və bunu böyük xoşbəxtlik hesab et. Deyiblər: “Düşmən istər ölsün,
istər qaçsın, istər aman gətirsin”.
Lakin düşməni aciz və gücsüz görəndə o saat atılıb üstünə minmə.
Düşmən sənin əlinlə həlak olubsa, şadlıq etməyinə dəyər, öz əcəli ilə
ölübsə, sevinmə. O zaman sevinə bilərsən ki, sən heç vaxt ölməyəsən.
Doğrudur, filosoflar deyiblər: “Hər kəs düşməndən bir dəfə artıq nəfəs
alıb ölsə, o, ölümü xoşbəxtlik hesab etmək lazımdır”, lakin hamımızın
öləcəyimizi bildiyimizdən sevinmək lazım deyil. Mən belə deyirəm:
Əgər ölüm sovurmuş göyə düşmən külünü,
Niyə bundan sevinib gülürsən, şadlanırsan,
Bilirsən, o sənin də solduracaq gülünü,
Bəs özgənin ölümün neçin şadlıq sanırsan?
Biz hamımız eyni yerə getməyə səfərbərliyə alınmışıq və
səfərə çıxarkən yaxşı əməldən başqa heç bir şeyi özümüzlə apara
bilməyəcəyik.
Hekayət. Belə eşitmişəm ki, Zülqərneyn
90
bütün aləmi gəzib bütün
dünyanı zəbt etdikdən sonra geri dönərək vətənə qayıtmaq istərkən
Damğanda
91
əcəli çatır. Vəsiyyət edib deyir ki, məni tabuta qoyun,
tabutda deşik açıb mənim əllərimi o deşikdən xaricə çıxarın, əlim açıq
olduğu halda aparın, qoy camaat görsün ki, bütün dünyanı aldıq,
lakin əli boş gedirik. “Qəsb etdik və tərk etdik”. Hər şeyi bu dünyada
qoyuruq; aldıq, lakin saxlaya bilmədik. Bir də anama deyin ki, istəyirsə
ruhum şad olsun, mənə elə adamla yas saxlasın ki, onun ya heç bir
əzizi ölməmiş olsun, ya özü əbədi yaşayacağına ümid bəsləsin.
Kimin ayağından yapışıb yıxsan, onun əlindən tutub qaldır,
çünki ipi həddindən artıq bərk dartsan, qırılar. Demək, bütün işlərin
əndazəsini bil.
İstər dostluqda, istərsə düşmənlikdə mötədil ol, çünki mötədillik
bütün ağıllıların məcmusunun orta ağlıdır. Çalış həsəd doğura biləcək
DÜŞMƏNDƏN EHTİYATLI OLMAQ HAQQINDA