139
yerinə yetirərdi. İşin düşən adam rəzil və xəsisdirsə, ayıq vaxtı ondan
heç nə istəmə, verməz. Məst olduqda istə. Rəzil və xəsis adamlar
kefləndikdə səxavətlənər, lakin sabahısı peşmançılıq çəkərlər.
İşin rəzil adama düşsə, özünü yazıqlar cərgəsində hesab et. Deyiblər,
üç adam yazıq sayılar: axmağın əli altında işləyən ağıllı, gücsüzə tabe
olan qüvvətli, xəsisə möhtac olan səxavətli.
Bil, müqəddimədə dediyim sözlərdə və müxtəlif məsələlər haqqında
yazdığım fəsillərdə məqsəd bacarığım daxilində sözün ləyaqətinə,
onun qüdrətinə haqq verməkdən ibarət idi.
İndi də peşələrdən danışmaq istəyirəm, onu da oxuyub biləsən,
bəlkə, lazım oldu. Ona görə istəyirəm ki, hər nə bilirəmsə, əvvəlindən
tutmuş axırına qədər hamısını sənə öyrədəm. Bəlkə, ölərkən sənin
tərəfindən arxayın olub bu dünyadan rahat gedəm. Hərçənd mən
özüm də elmdə piyadayam, lakin bilsəm də, faydası yoxdur, çünki
mən atamın sözünə necə baxmışamsa, sən də mənim sözümə elə
baxacaqsan. Deməli, səni danlamağına dəyməz, lakin mən öz vəzifəmi
yerinə yetirirəm.
İstəyirsən qulaq as, istəyirsən yox, mən hər peşədən bir az
danışacağam ki, sözdə də xəsis olmayım, sinəmdə nə varsa, hamısını
deyim.
CƏZA VERMƏK VƏ ƏFV ETMƏK QAYDALARI HAQQINDA