140
Ey oğul, bil və agah ol ki, sözün əvvəlində “peşələrdən danışacağam”
deyərkən mən dükan saxlamağı nəzərdə tutmurdum. Peşə yalnız
dükançılıq deyil. İnsan nə ilə məşğul olsa, o da onun peşəsi sayılar. İnsan
öz sənətini yaxşı bilməlidir ki, ondan fayda götürə bilsin. İndi görürəm, elə
bir iş və peşə tapmaq mümkün deyil ki, onda nizam-intizam olmasın. Hər
peşənin öz qayda-qanunu var. Peşələr isə müxtəlif və çoxdur, bunların
hamısının üsulunu bilmək lazımdır. Bunların hər birini ayrı şərh etmək
mümkün deyil, kitab böyüyüb şişər və əsas məqsəddən uzaq düşərik.
ELM ÖYRƏNMƏK VƏ
FƏQİHLİK
93
HAQQINDA
ELM ÖYRƏNMƏK VƏ FƏQİHLİK HAQQINDA
31