141
Lakin hansı sənət olur-olsun, üç yerə bölünür: ya peşəyə aid elmdir,
ya elmə aid olan peşədir, ya ağıl işlətməklə əmələ gələn peşənin
özüdür.
Peşə ilə əlaqədar olan elmlər: tibb, nücum, həndəsə, yerölçmək,
poeziya və sairə. Elmlə əlaqədar olan peşələr musiqişünaslıq, baytarlıq
və bu kimilərdir. Bunların hərəsinin öz qaydası var. Sən bu qayda-
qanunları bilməsən, usta olsan da, bu məsələdə əli-qolu bağlı qalarsan.
Peşələrin özləri isə məşhurdur və onların şərhə ehtiyacı yoxdur. Yeri
gəldikcə, imkan daxilində, hərəsinin öz qaydasını sənə göstərəcəyəm,
çünki bu, iki haldan xaric deyil: ya ruzigarın təsadüfləri, zamanın
hadisələri sənin özünü bunlara möhtac edəcək, heç olmazsa, o ehtiyac
vaxtı bunların sirrindən istifadə edərsən, ya böyük olduğun üçün
ehtiyacın olmayacaq. Lakin böyüklərin də sənət bilməsi zəruridir.
Ey oğul, bil, axirət elmindən götürə biləcəyin qədər heç bir elmdən o
qədər xeyir götürə bilməzsən. Dünya elmindən xeyir götürmək istəsən,
gərək ona bir peşə qoşasan, əks halda fayda görməzsən. Məsələn, şəriət
elmində: qazı, qəyyum, müdərris, vaiz olmasan, dünya malından bir
şey əldə edə bilməzsən. Nücum elmində: təqvimçilik, rəmmallıq,
falçılıq, gözbağlayıcılıqla məşğul olmasan, istər ciddi, istərsə qeyri-
ciddi, münəccimə heç bir şey düşməz. Tibb elmində: əliitilik, yalandan
təsəlli, saxta dərman olmasa, həkim bir şey qazana bilməz.
Buna görə ən böyük elm din elmidir, çünki onun əsası tohid,
törəməsi şəriət ehkamları, səmərəsi isə dünya malıdır. Deməli, ey oğul,
bacardıqca din elminə də yiyələnməyə çalış. Müvəffəq olsan, əvvəlcə
dinin əsaslarını öyrən, sonra isə törəmələrinə keç, çünki əsası bilmədən
törəməyə keçmək, əsli bilmədən fərə keçmək təqlid hesab edilər.
Haşiyə. Əgər dediyim peşələrdən elmi
94
seçsən, pəhrizkar,
qənaətkar, elm sevən ol, dünya malına aludə olma. Səbirli, incə ruhlu,
gec yatan, tez duran ol, kitab hərisi ol, təvazökarlığa adət et, işdə
tez yorulan olma. Əzbərləmə və təkrarlamada tənbəllik etmə, ardıcıl
olaraq keçmişin təcrübəsini öyrən, tədqiqatçı, sirləri açan, alimlərin
dostu, hörmətcil, elm öyrənməkdə həris və utanmaq bilməyən, öz
müəllimlərinin haqqını itirməyən, qədrini bilən ol.
ELM ÖYRƏNMƏK VƏ FƏQİHLİK HAQQINDA