142
Elə etmək lazımdır ki, kitab, dəftər, qələm, davat, qələmdan,
qələmyonan, bıçaq və bunun kimi şeylər həmişə öz yanında olsun.
Ürəyində bunlardan başqa heç bir şey olmamalıdır. Nə eşitsən,
yadında saxla, təkrar et, lakin azdanışan və uzaqgörən ol, təqlidçi
olma. Hansı elm axtaran adamda bu sifətlər olsa, o, tezliklə öz əsrinin
yeganə alimi olar.
Haşiyə. Əgər müfti olsan, əzbərdən çox şey bilən, çox dərs oxumuş
ol. Namaz qılıb oruc tutmaqda ifrata varma, ikiüzlü olma, təmizbədən,
təmizpaltar və hazırcavab ol. Bir məsələni yaxşı öyrənməmiş fitva
vermə. Öz ehtimalına və başqasını təqlidə əsasən iş görmə. Öz rəyini
üstün tut. İki adamın şəhadəti və sözü ilə kifayətlənmə. Etibarlı
adamlardan başqa heç kəsin yazısını qəbul etmə. Hər kitabda və
risalədə yazılanı qanun hesab etmə. Rəvayətə qulaq asmaq istəyirsənsə,
naməlum adamların rəvayətlərinə yox, məşhur ravilərin
95
rəvayətlərinə
qulaq as. Etibarlı olmasalar, tək-tək adamların gətirdiyi xəbərlərə
inanma. Arası kəsilmədən gətirilən xəbərlərə qarşı soyuqqanlı olma.
Deyilənlərə qulaq asmağı adət et, lakin qərəzli cavab vermə. Mübahisə
etməli olsan, rəqibinə fikir ver, onun sözünü rədd edib əksini sübut
etmək iqtidarın varsa, məsələyə qarış, yoxsa, sözü qısa et, bir misal
gətirməklə kifayətlən. Eyni məsələ haqqında bir-birinə zidd iki fikir
demə, əvvəl dediyin sözü yadında saxla ki, sonrakı sözünlə onu puç
etməyəsən. Mübahisə din alimləri arasında gedirsə, əvvəlcə hədisi
de, sonra onu təmsil, təşbeh və mümkün ola bilən həyati hadisələrlə
müqayisə et. Üsul
96
mübahisəsində vacibatdan olanları olmayanlarla
bir yerdə izah etmək eyib sayılmaz. Hər şeydən əvvəl məqsədi qarşıya
qoy, sonra aydın, sərrast və yaraşıqlı danış, sözləri çeynəyib tüpürmə,
qırıq-qırıq söyləmə, lakin uzunçuluq da etmə, mənasız danışma.
Haşiyə. Ey oğul, əgər vaiz olsan, hafiz
97
ol və əzbərdən çox şey
bil, xitabət kürsüsünə qalxdıqda tez otur, rəqibinin zəifliyinə əmin
olmayınca mübahisəyə girişmə. Kürsüdə nə istəyirsən de, onu da iddia
et. Sual verən olsa, qorxusu yoxdur, lakin fəsahətlə danış və elə hesab
et ki, sənin məclisində oturanların hamısı heyvandır. Nə istəyirsən de,
lakin özünü çaşdırma. Paltarını və canını təmiz saxla. Müridlərin və
ELM ÖYRƏNMƏK VƏ FƏQİHLİK HAQQINDA