143
nərə çəkənlərin olsun, qoy onlar məclisdə otursunlar, sən hər təsirli
söz dedikdə nərə çəkib ah-fəryad qoparsınlar və məclisi qızışdırsınlar.
Camaat ağlayanda sən də hərdən bir ağlamsın. Sözdə çaşsan, qorxma,
salavat çevirtdirib dua oxu. Xitabət kürsüsündə cansıxıcı olma,
qaşqabağını tökmə, onda məclisin də cansıxıcı və ağır olar. Ona görə
deyiblər ki, “Ağırlığın nəticəsi ağırlıq olar”. Danışarkən diribaş ol,
qızdığın vaxt birdən süstləşmə. Həmişə dinləyicilərə fikir ver, əhvalat
istəsələr, əhvalat danış, rəvayət istəsələr - rəvayət. Qara camaatın nədən
xoşlandığını bilsən, onlar da səni qiymətləndirərlər. Elə ki gördün
bazarın tutub, qorxma, nəyin varsa, hamısını fəsahətli söz və bəlağətli
kəlam kimi işə ver getsin, bazar yaxşı gətirəndə hər şeyi alarlar. Lakin
müvəffəqiyyət qazandığın vaxtlar çox ehtiyatlı ol, çünki düşmən belə
hallarda özünü büruzə verir.
Bəyənilmədiyin yerlərdə qalma, xitabət kürsüsündə oturarkən
verilən sualların cavabını bilirsənsə, de, bilmirsənsə, özünü itirmə,
de ki, dua istəyiblər. Məclisdə dediyin sözləri yaxşı yadında saxla
ki, təkrar etməyəsən. Həmişə xoşsifətli ol, şəhərlərdə çox qalma,
rövzəxanalarla falçıların ruziləri ayaqlarında olar. İşin düz gətirdikdə
işgüzar ol, vaizlik şərəfini qoru, bədənini, paltarını təmiz saxla, şəri
məsələlərə - oruc, namaz və s. - istər zahirdə, istərsə batində, könüllü
riayət et. Dilin yağlı olsun, bazara çox getmə, camaat səni çox görməsin,
beləliklə, xalqın gözündə hörmətin olsun.
Pis-yaxın adamdan ehtiyatlı ol, xitabət kürsüsünün hörmətini
saxla, bu barədə başqa yerdə də xatırlamışam, təkəbbürdən,
yalançılıqdan, rüşvətxorluqdan uzaq ol. Xalqa nəyi məsləhət
görürsənsə, özün də elə et, qoy xalq səni insaflı bilsin.
Elmi yaxşı öyrən, öyrənmədiyini isə yaxşı ibarələrlə ifadə et
ki, mənasız müddəa, yersiz söz, yararsız mövizə üçün xəcalət
çəkməyəsən. Hər nə desən, xofla rica
98
arasında de, bir dəfəliyə
xalqı Allahla qorxudub ümidini kəsmə, bir dəfəliyə də hamını ucdan
tutma savab etməmiş behiştə göndərmə. Nədə mahirsənsə, nəyi
yaxşı bilirsənsə, o barədə də çox danış ki, sözündə əsassız müddəalar
olmasın, əsassız müddəaların bəhrəsi həmişə rüsvayçılıq olar.
ELM ÖYRƏNMƏK VƏ FƏQİHLİK HAQQINDA