144
Əgər alimlikdə böyük dərəcəyə çatıb qazılıq rütbəsinə qalxa bilsən,
çalış səbirli, təmkinli, diribaş, gözüaçıq, tədbirli, uzaqgörən, adam
tanıyan, siyasət bilən, din elmindən xəbərdar, təriqət şaxələrindən
başı çıxan, hər tayfanın xasiyyətinə bələd, hər məzhəbin mahiyyətinə
vaqif, hər təbəqənin zövqündən xəbərdar adam olasan. Qazılığın
bütün incəlikləri sənə məlum olmalıdır ki, bir məzlum sənə müraciət
etsə və onun şahidi olmasa, lakin ona qarşı ədalətsizlik edilib haqqı
tapdalanmış olsa, sən o yazığa kömək edə biləsən, hiylə işlədib məharət
göstərəsən və onun haqqını özünə qaytarmağı bacarasan.
Hekayət. Təbəristanda
99
bir kişi var idi, ona qazı əl-qüzat Əbul
Əbbas Ruyani
100
deyərdilər. Bu adam elmdə, helmdə, pəhrizkarlıqda,
uzaqgörənlikdə, tədbir tökməkdə çox məşhur idi. Bir dəfə bir kişi
onun məclisinə şikayətə gəlib yüz dinarının başqa bir adam tərəfindən
verilmədiyini iddia etdi. Qazı cavabdehdən soruşdu, o rədd etdi. Qazı
müddəidən soruşdu: “Şahidin varmı?” Dedi: “Yoxumdur”. Qazı dedi:
Onda cavabdehə and içdirəcəyəm”.
Müddəi zar-zar ağlayıb dedi: “Ey qazı, and içdirmə, yalandan içər,
qorxusu yoxdur”. Qazı dedi: “Mən şəriət qanununu poza bilmərəm, ya
sənin şahidin olmalıdır, ya o and içməlidir”. Müddəi qazının qabağında
yerə yıxıldı, özünü torpağa sürtməyə başladı və dedi: “Amandır, belə
etmə, mənim şahidim yoxdur, o yalandan and içəcək, mən məğmun
olacağam, pulum batacaq, mənim işim üçün bir tədbir gör”.
Qazı həmin kişinin belə ah-zar edib şivən qopardığını gördükdə
doğruluğuna inandı. Sonra dedi: “A kişi, bu borc məsələsini əməlli-
başlı danış görüm, bunun əsli necə olubdur”. Müddəi dedi: “Ey qazı,
çoxdan idi ki, bu kişi mənimlə dostluq edirdi. Birdən bir kənizə aşiq
oldu. Kənizin qiyməti yüz əlli dinar idi. Bu kişinin isə heç nəyi yox idi.
Məcnun kimi gecə-gündüz ağlayır və ah-zar edirdi. Bir dəfə gəzməyə
getmişdik, biz ikimiz çöldə tək idik, bir müddət oturub söhbət etdik.
Bu kişi hey kənizdən danışır və zar-zar ağlayırdı. Onun halına ürəyim
yandı, iyirmi illik dostum idi. Dedim: “Filankəs, sənin pulun yoxdur,
mənim onu alacaq qədər pulum yoxdur. Bir adam tapa bilərsənmi ki,
sənin dadına çatsın? Mənim bütün var-yoxum yüz dinardır, uzun illər
ELM ÖYRƏNMƏK VƏ FƏQİHLİK HAQQINDA