145
ərzində toplaya bilmişəm. Bunu sənə verirəm, qalanını özün bir yol ilə
tap, kənizi alıb bir ay saxla, bir aydan sonra satıb pulumu qaytar”. Bu
kişi mənim qarşımda yerə yıxılıb and içdi ki, heç bir ay da çəkməz,
sonra xeyrinə-ziyanına satıb sənin pulunu qaytararam.
Mən qızılları qurşağımdan açıb bu kişiyə verdim; bir mən idim, bir
o idi, bir də Allah. İndi dörd ay keçir, nə qızılımı verir, nə kənizi satır“.
Qazı dedi: “Sən qızılı ona verən zaman harada oturmuşdunuz?”
Dedi: “Bir ağacın altında”. Qazı dedi: “İndi ki sən ağacın altında
olubsan, bəs nə üçün deyirsən şahidin yoxdur?” Sonra cavabdehə dedi:
Sən burada mənim yanımda otur”. Sonra müddəiyə dedi: “Ürəyini
sıxma, ağacın yanına get və ona de ki, qazı səni çağırır. Əvvəl iki rükət
namaz qıl, bir neçə dəfə Peyğəmbərə (s.) salavat çevir, sonra ona de ki,
qazı deyir gəlib şahidlik etsin”.
Cavabdeh dodaqaltı gülümsədi, qazı gördü, lakin üstünü vurmadı,
ürəyində qəzəbləndi, lakin hirsini uddu.
Müddəi dedi: “Ey qazı, qorxuram o ağac mənim sözümlə gəlməyə”.
Qazı dedi: “Mənim də möhürümü apar, ağaca de ki, bu, qazının
möhürüdür, deyir gəlsin, şahidlik etsin”.
Kişi qazının möhürünü alıb getdi. Cavabdeh orada qazının yanında
oturdu, qazı bu kişiyə əhəmiyyət verməyib başqa işlərlə məşğul olmağa
başladı. İş arasında bir dəfə qazı üzünü kişiyə çevirib soruşdu: “A kişi,
filankəs o ağaca çatmış olarmı?” Kişi dedi: “Yox, hələ çatmaz, ey qazı”.
Qazı yenə öz işi ilə məşğul olmağa başladı.
O kişi möhürü aparıb, ağaca nişan verdi və dedi: “Qazı səni çağırır”.
Bir az gözlədikdən sonra ağacdan heç bir cavab çıxmadığı üçün kor-
peşman qayıdıb qazıya dedi: “Ey qazı, möhürü göstərdim, gəlmədi”.
Qazı dedi: “Səhv edirsən, ağac gəldi, şahidlik edib getdi”. Sonra
üzünü cavabdehə çevirib dedi: “Bu kişinin pulunu ver!” Kişi dedi:
Mən burada oturduğum müddətdə heç bir ağac gəlib burada
şahidlik etməyib”. Qazı dedi: “Doğrudur, heç bir ağac gəlib şahidlik
etməmişdir, lakin əgər sən o ağac altında bundan qızıl almayıbsansa,
bəs mən səndən soruşanda ki, bu kişi ağaca çatıb, ya yox, sən nə
üçün dedin: “Hələ yox”, yəni buradan ora qədər uzaqdır. Qızıl
almayıbsansa, haradan bildin ki, o hələ ora çatmayıb? Sən ondan qızıl
ELM ÖYRƏNMƏK VƏ FƏQİHLİK HAQQINDA