151
ağrısı verdin, incitdin, sonra hamısını da mənim şagirdimə bağışladın.
O xəsislik nə üçün idi, bu əliaçıqlıq nə deməkdir?“ Sövdəgər deyir:
Ey xacə, mənə təəccüb etmə, mən sövdəgər babayam, sövdəgərliyin
qaydası budur ki, ticarətdə bir dirhəm aldanmış olsan, ömrünün
yarısını aldanmış olarsan, eləcə də səxavətdə xəsislik etsən, özünün
nanəcibliyini sübut etmiş olarsan, ona görə mən nə ömrüm boyu
aldanmağı istəyirəm, nə nanəcib olmağı“.
Mayası olan sövdəgər şərikli ticarətdən qaçmalıdır. Şərikli alver
etməli olsa, insaflı, dövlətli və abırlı adamla etməlidir ki, vərşikəst
çıxdıqda ədalətsizlik etməsin. Bir də elə mal almamalıdır ki, saxlanması
böyük xərc tələb etsin, sınan və ya çürüyən olsun. Bəxtini yoxlamaq
xatirinə mayasını xərcləməməlidir, yalnız o halda belə etmək olar ki,
zərər baş verərsə, mayanın yarısından çoxunun qalacağına əmin olsun.
Kim səndən başqa yerə məktub aparmağı xahiş etsə, əvvəl o
məktubu oxu, sonra sahibinə çatdır. Başıbağlı məktublardan çox bəlalar
gəlmişdir. Bilmək olmaz, iş necə olacaq! Lakin ehtiyacı olan adamların
məktubunu aparmaqdan ehtiyat etmə. Hər şəhərə çatanda pis
hadisələri danışma, ölüm xəbəri vermə, lakin muştuluq çatdırmaqda
da ehmallıq göstərmə.
Yoldaşsız səfərə çıxma, etibarlı yoldaş tap. Karvanda adamların sıx
olduğu yerdə ol, malını da adamların sıx olduğu yerdə qoy. Silahlı
adamlar arasında getmə, çünki yolkəsənlər birinci növbədə silahlılara
basqın edərlər. Piyada atlıya qoşulmamalı, düzlüyünə əmin olmadığı
özgə adamdan yol soruşmamalıdır. Çox nanəcib adamlar var ki, yolu
yanlış göstərər, sonra özləri dalınca düşər və malını tutub əlindən
alarlar. Yolda biri rast gəlsə, ona gülərüzlə salam ver, özünü yazıq və
yorğun göstərmə.
Rəsədbanlara
103
xəyanət etmə, lakin şirin dil töküb onları yumşaltmağı
da unutma. Hazırlığın olmayınca yola çıxma, yol rahat və abad olsa da,
yayda qış paltarı götürmədən səfərə getmə. Çarvadarlarla
104
yaxşı dolan,
nabələd yerdə qalmalı olsan, etibarlı sığınacaq tap.
Üç cür adamla durub oturmaq olar: comərd və şücaətli, imkanlı və
dövlətli, insaflı və mürüvvətli. İstiyə, soyuğa, aclığa, susuzluğa davamlı
TİCARƏT HAQQINDA