158
Mənim dediyim bu nəzəriyyələri Calinus
109
,
əsasən, özünün „On
altı traktat“
110
kitabında, bəzilərini isə başqa əsərlərində geniş izah
edir. Ünsürlər nəzəriyyəsinə gəldikdə isə, bu barədə həkimə lazım
olacaq qədər məlumatı „On altı traktat“ kitabında olan „Ünsürlər“
fəslindən, məzaclar haqqında olan nəzəriyyəni „Məzaclar“ fəslindən,
tərəflər nəzəriyyəsini həmən məcmuədə olan „Təbii qüvvələr“
kitabının ikinci məqaləsindən, oxşar üzvlər bəhsini „Kiçik anatomiya“
kitabından, təbii qüvvələr nəzəriyyəsini „Təbii qüvvələr“ kitabından,
heyvani qüvvələr nəzəriyyəsini „Ən-nəbz“ kitabından öyrən.
Bunların hamısı „On altı traktat“ məcmuəsindədir. Nəfsani qüvvələr
nəzəriyyəsini „Bokrat (Hippokrat)
111
və Əflatunun rəyləri“ kitabından
öyrən, bu da Calinusun əsəridir, lakin „On altı traktat“ məcmuəsinə
daxil deyil.
Əgər bu kitabı daha dərindən öyrənib, öz bilik səviyyəni artırmaq
istəyirsənsə, ünsürlər və məzaclar haqqında „Əlkun əl-fəsad“
112
,
Əs-səma-ül-aləm“
113
kitablarını oxu, qüvvələr və hərəkətlər
haqqında „Ən-nəfs“
114
və „Əl-hiss-ul-Məhsus“
115
kitablarını oxşar
üzvlər haqqında „Əl-heyvanat“
116
kitabından, xəstəliklərin növünü
On altı traktat“ məcmuəsində olan „Əl-iləlü əl-Əraz“ kitabının
birinci məqaləsindən öyrən. Əlamətlərin səbəbləri haqqında həmin
məcmuənin üçüncü məqaləsini, xəstəliklərin səbəbləri haqqında
yenə də dediyim həmin məcmuənin dördüncü, beşinci və altıncı
məqalələrindən oxu.
Haşiyə. Nəzəriyyədən danışdığım üçün sözün uzanmasına
baxmayaraq, gərək bir az da əməliyyədən danışam, çünki nəzəriyyə və
əməliyyə cisim və ruh kimi bir yerdə olarlar, cisim ruhsuz, ruh da cisimsiz
kimi olmaz.
Müalicəyə başlarkən qocaların və cavanların yeməklərinə fikir ver,
baxanlarına diqqət yetir.
Xəstəliklərin müalicəsi iki cürdür: həkim xəstənin qüvvəsini,
xəstəliyin növünü, səbəbini, təbiətini, yaşadığı yeri, bədənin vəziyyətini
bilməyincə müalicəyə başlamamalıdır.
TİBB ELMİ QAYDALARI HAQQINDA