159
Haşiyə. Sidik, nəbz, xarici görünüş, zərərsiz və zərərli əlamətlər,
səpkilərin növü, ləkələr, daxildə ola biləcək xəstəliklər, onlardakı
ağrı və böhranların, hərarət və qızdırmaların növünü bilməli, nə kimi
tədbirlərin olduğunu öyrənməli, dava-dərman düzəltməkdə, onların
tərkibini təyin etməkdə mahir olmalı və bunları hər müalicə qanununa
görə mütəxəssislərin tapdıqları nüsxələr əsasında hazırlamalıdır.
Onların hərəsi haqqında harada oxumaq mümkün olduğunu
deyirəm ki, sənə məlum olsun və ehtiyac olduqda tapa biləsən.
Hifzi-səhhət haqqında „On altı traktat“ məcmuəsindəki „Tədbir
Əsihha“ fəslindən oxumaq lazımdır, xəstələrin müalicəsi, müalicə
qanunları haqqında „On altı traktat „ məcmuəsindən oxu, zərərsiz
və zərərli əlamətlər haqqında „Təqəddəmətül-mərifə“ və Bokratın
Fəsillər“indən oxumalı, nəbz nəzəriyyəsini „Böyük nəbz“ və „Kiçik
nəbz“ kitablarından, sidik haqqında yenə də „On altı traktat „da olan
Əl Böhran“ fəslindən və bura daxil olmamış başqa əsərlərindən
öyrənmək lazımdır.
Daxili xəstəliklərin əlamətləri haqqında „On altı traktat“da
olan „Əsan-əkməh“ fəslindən, böhranlar nəzəriyyəsi haqqında
yenə də „On altı traktat“da olan „Əl-Böhran“ fəslindən,
böhran müddətini yenə də orada olan „Əyyam-ül-böhran“,
qızdırma bəhsini oradakı olan „Əl-hümməyat“ fəslindən, ağır
xəstəliklər müalicəsini Bokratın əsərlərindən olan „Maüş-
şəir“ kitabından, daxili xəstəlikləri „Hilətül-bər“ kitabından,
dərman hazırlamağı isə Calinusun „Dərmanların
tərkibi“ kitabından öyrənmək lazımdır.
Müalicə edən gərək çoxlu təcrübə etsin, lakin
təcrübələrini məşhur və böyük adamlar üzərində
aparmamalıdır. Xəstəxanalarda işləməli və
çoxlu xəstə görməli, çoxlu müalicə etməlidir
ki, nadir xəstəliklər, nasazlıqlar ondan
gizli qalmasın, kitabda oxuduğu şeyləri
gözü ilə görmüş olsun və müalicə
vaxtı aciz qalmasın. Bokratın
TİBB ELMİ QAYDALARI HAQQINDA