175
Bil, ey oğul, əgər təsadüf gətirib səni şah sarayına salsa, sən ona
xidmət etməli olsan və şah səninlə yaxınlıq etmək istəsə, qoy bu sənin
gözünü tutub başını gicəlləndirməsin, ondan uzaqlaşmağa çalış, lakin
xidmətdən qaçma, çünki şaha yaxınlaşmağın nəticəsi uzaqlaşmaq,
xidmətin nəticəsi isə yaxınlaşmaq olar. Şah hansı gün sənə desə ki,
arxayın ol, sənə zaval yoxdur, sən o gün daha çox qorx. Sən şahın
hesabına piylənib yağlanıbsansa, demək, o səni kəsmək üçün belə
kökəltmişdir.
ŞAHAXİDMƏT ETMƏK
HAQQINDA
ŞAHA XİDMƏT ETMƏK HAQQINDA
37