176
Nə qədər əziz və yaxın olsan, yenə də ehtiyatını əldən vermə, öz
yerini bil, ağanın xoşuna gələn şeylər danış və onunla mübahisəyə
girişmə. Bir məsəldə deyilmişdir: “Şahla mübahisə edib inad göstərən
əcəlindən tez ölər”, çünki xəncər tiyəsindən yapışmaq axmaqlara
yaraşar.
Öz ağana yaxşılıqdan başqa yol göstərmə ki, sənə yaxşılıq etsin,
pislik etsən, sənə də pislik edər.
Hekayət. Deyirlər ki, Gəncə şahı Fəzlun Məmlanın
172
dövründə onun
adlı-sanlı deyləmli bir məşvərətçisi var imiş. Fəzlun məmləkətin böyük
adamlarından kimi bir günah üstündə tutub zindana salırmışsa, həmin
deyləmli müşavir o saat şaha deyirmiş: “Azadları incitmə, incitdinmi,
boynunu vur”.
Ölkənin böyük adamlarından bir neçəsi həmin deyləmlinin
məşvərəti nəticəsində həlak olmuşdu. Təsadüfən, bir dəfə həmin
deyləmli müşavir özü bir səhv buraxdı, şah əmr etdi, onu tutub
zindana saldılar. Deyləmli bir adam göndərdi ki, “filan qədər mal
verərəm, məni öldürmə”. Fəzlun Məmlan dedi: Səndən öyrənmişəm ki,
Azadları incitmə, incitdinmi, başını vur”.
Deyləmli müşavir pis şey öyrətmək üstündə öz canını qurban verdi.
Yaxşılıq edib danlanmağı pislik edib təriflənməkdən daha üstün
tuturam. Heç vaxt var-dövlətlə qürrələnmə, şah xidmətində də
əvvəlcə ad-san axtar. Ad-san oldumu, dövlət onun ardınca öz
ayağı ilə qaça-qaça gələr. Şaha xidmət etməyin şərəfi dövlətli
olmaqdan çox yüksəkdir. Sən şah xidmətində kökəlmiş olsan
da, özünü arıq göstər, arxayınçılıq olar. Görmürsənmi, qoyun
arıq olanda kəsilməyəcəyindən arxayın olur, heç kəs onu
kəsməyə çalışmır, kökələndə isə hamı onu yemək tamahına
düşür?!
Dirəm xatirinə ağanı satan olma. Şah qulluğunda
qazanılan dirhəm gül kimi bir şeydir: ətri məşhur,
lətif, əziz olar, amma gül kimi ömrü də az olar. Fərqi
orasındadır ki, şah xidmətində əldə edilmiş pulu gül
ŞAHA XİDMƏT ETMƏK HAQQINDA