177
kimi gizlətmək olmaz, şah xidmətində toplanmış hər dirhəm qalxmış
tozdan da tez dağılıb gedər.
Şahlar şahına xidmət etmək ən gözəl sərmayədir, qazanc eşqi ilə
sərmayəni əldən vermə. Sərmayə yerində olduqca həmişə qazanca
ümid bəsləmək olar, sərmayə əldən çıxdımı, bütün qazanc qapıları
bağlanır.
Kim pulu canından əziz tutsa, o, tezliklə əlillikdən zəlilliyə düşər.
Şərəf var ikən mal toplamağa meyl göstərənlər topladıqları maldan
başqalarına da verib onların ağzını bağlamasalar, məhv olarlar.
Şah xidmətində yüksəlib böyük mənsəb sahibi olsan, öz ağana
xəyanət etmə, yoxsa bədbəxt olarsan, çünki bir böyük bir kiçiyi böyük
mənsəbə çatdırsa və kiçik bunun müqabilində öz ağasına xəyanət etsə,
bu, Allah-Taalanın həmin böyüklüyü ondan alacağına dəlalət edər, əks
halda o bədbəxt yaxşılıq qarşısında ağasına pislik etməzdi.
Hekayət. Əmir Fəzlun Əbussüvar
173
Hacib Əbulyüsrü
174
Bərdə
şəhərinə sipəhsalar göndərmək istərkən Əbulyüsr dedi: “Qış gəlməyincə
getmərəm, Bərdənin iqlimi çox pisdir, xüsusilə yayda”. Bu barədə
uzun söhbət getdi. Əmir Fəzlun dedi: “Nə üçün belə düşünürsən? Əcəl
çatmamış heç kəs ölməmiş və ölməyəcək də”. Əbulyüsr dedi: “Şah
buyuran doğrudur, heç kəs əcəli çatmamış ölməz, lakin əcəli
çatmamış adam yayda Bərdəyə də getməz”.
Bir də, dost və düşmənlərin işindən qafil olma, sənin
xeyir və zərərin dost və düşmənə çatmalıdır. Böyüklüyün
hüsnü orasındadır ki, dosta xeyir, düşmənə zərər verə
biləsən. Adam böyük mənsəbə çatdıqda, barsız ağac
kimi olmamalı, böyüklüyündən yalnız dövlət əldə
etmək üçün istifadə etməməlidir. Əgər o, heç kəsə
xeyir, ya zərər verməsə, yüz min dinarı olan yəhudi
kimi bir şeyə oxşar, heç kəsə xeyir ya zərəri olmadığı
üçün ən alçaq adam hesab edilər. Deməli, sənin
mənafeyin öz arzu və istəklərini yerinə yetirmək və
alicənablıq göstərib xalqa kömək etməkdən ibarətdir.
ŞAHA XİDMƏT ETMƏK HAQQINDA