187
Əhməd ibn Rafi-əl-Yəqubi də Əmiri-Xorasanın
190
saray katibi idi.
O da çox alim, adlı-sanlı bir adam idi. Mavəraənnəhrin bütün işləri
ona baxırdı. Əhməd Rafi, Əbdülcabbarla tez-tez məktublaşır, dostluq
edirmiş. Bir gün Xorasan Əmirinin vəziri Xorasan hökmdarına deyir:
Əbdülcabbar Xocani Bu-Əli Simcurun katibi olmasa, Bu-Əlini tez
ələ keçirmək olar. Bu-Əlinin dikbaşlığının səbəbi Əbdülcabbarın iş
bacarmasıdır. Bu-Əliyə məktub yazıb demək lazımdır: “Əgər mənə
itaət edirsənsə və mənim nökərimsənsə, bu məktub sənə çatan kimi
dərhal Əbdülcabbarın başını bu qasidlə bizim qulluğumuza göndər,
biz də bilək ki, sən bizə itaət edirsən. Bizə məlumdur ki, sən hər nə
edirsənsə, onun məşvərəti ilə edirsən. Əks halda Xorasanın əmiri olan
mən şəxsən özüm gələcəyəm. Başının çarəsini qıl”.
Bu tədbiri tökdükdən sonra deyirlər, gərək bu məktub hökmən
Əhməd Rafinin əli ilə yazılsın, çünki Əhməd Rafi, Əbdülcabbarın
dostudur, mütləq bir adam göndərib xəbər çatdıra bilər və Əbdülcabbar
qaçar.
Əmiri-Xorasan Əhməd Rafini çağırır, Bu-Əliyə həmin məzmunda
məktub yazmasını əmr edir və deyir: “Məktubu yazdıqdan sonra üç
gecə-gündüz mənim evimdən xaricə çıxmamalısan, sənin və mənim
adamlarımdan heç kəs bu üç gündə səni görməməlidir. Əbdülcabbar
sənin dostundur, ələ keçməsə, biləcəyəm ki, sən ona xəbər veribsən, bu
sirri ona sən açıbsan”.
Əhməd Rafinin nitqi quruyur, ağlayır və öz-özünə deyir: “Kaş
heç mən katib olmayaydım, belə fazil və alim bir dost mənim yazım
ilə ölməyəydi... Heç bilmirəm nə edim”. Axırda bu ayə yadına düşür:
Əgər öldürsələr, assalar...”.
Sonra öz-özünə deyir: “Hərçənd o bu rəmzi bilmir və bunun nə
demək olduğunu başa düşməz, lakin heç olmasa mən dostluq şərtini
yerinə yetirmiş olaram”.
Məktubu qurtarıb ünvanını yazdıqdan sonra onun haşiyəsində bir
tərəfdə nazik qələmlə bir “əlif”, o biri tərəfdə isə bir “nun” hərfi yazır,
yəni “ən yukəttəlu”.
Məktubu Xorasan əmirinə göstərirlər. O, ünvanı nəzərdən
keçirir, oxuduqdan sonra möhürləyib öz xüsusi qasidlərinə verir və
KATİBLİYİN QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA