188
məzmunundan onu xəbərdar etmir. Ona deyir: “Get bu məktubu Bu-
Əli Simcura ver, nə versə, al gətir”.
Əhməd Rafi üç gecə-gündüz öz evinə getmir, ürəyindən qanlar axır.
Qasid Nişabura çatdıqda Əmir Bu-Əlinin yanına gedib məktubu ona
verir. Rəsmə görə, Bu-Əli qalxıb məktubu alır, öpüb gözünün üstünə
qoyur və deyir: “Xorasan əmirinin kefi necədir?” Əbdülcabbar xətib
də orada oturubmuş, Əmir məktubu ona verib deyir: “Möhürünü aç,
fərmanın nə olduğunu oxu!” Əbdülcabbar məktubu götürüb möhürü
açmazdan əvvəl onun ünvanına nəzər salır, bir tərəfdə “əlif”, o biri
tərəfdə isə “nun” görür, dərhal ayə yadına düşür: “ən yükəttəlu...”,
başa düşür ki, məktub onun ölümü haqqındadır. O saat məktubu yerə
qoyub burnundan tutur, guya burnundan qan açılmışdır, sonra deyir:
Gedim, burnumu yuyum, gəlim”, eləcə də əli burnunda Bu-Əlinin
yanından çıxır və gedib bir yerdə gizlənir.
Bir az gözlədikdən sonra Bu-Əli deyir: “Xacəni çağırın”. Hər yeri
axtarırlar, lakin tapmırlar. Deyirlər: “Ata minməmişdi, piyada gedibdir,
ancaq evlərinə getməyib. Heç kəs bilmir hara gedib“. Bu-Əli deyir:
Başqa katib çağırın“. Başqasını çağırırlar, məktubu qasidin yanında
oxuyurlar. Məsələ aydın olduqda hamı təəccüb edir ki, məktubda nə
yazıldığını kim ona (Əbdülcabbara) xəbər vermişdir?!
Bu-Əli ürəyində sevinsə də, qasidin yanında özünü o yerə qoymur.
Sonra şəhərdə car çəkdirib Əbdülcabbarı axtartdırır. Əbdülcabbar
xəlvətcə bir adam göndərib harada gizləndiyini xəbər verir. Bu Əli
sevinib əmr edir: „Olduğun yerdən tərpənmə“.
Bir neçə gün keçdikdən sonra qasidə yaxşı ənam verib yola salır və
məktub yazıb əhvalatın necə olduğunu təsvir edir və and içir ki, bizim
bu işdən xəbərimiz olmayıb.
Qasid gəlib əhvalatı danışdıqda, Əmiri-Xorasan bu işə heyran qalır.
Sonra möhürlənmiş fərman göndərib deyir ki, əgər bu işdən necə xəbər
tutduğunu desə, onu bağışlayacağam. Əhməd Rafi deyir: „Mənə aman
versən, mən deyərəm“. Əmiri-Xorasan ona aman verir, o da əhvalatı danışır.
Əmiri-Xorasan Əbdülcabbarı bağışlayıb haman məktubu istəyir ki, rəmzin
nədən ibarət olduğunu görsün. Məktubu geri gətirirlər, baxır, Əhməd
Rafinin dediyi kimi olduğunu görür və hamı onun ağlına təəccüb edir.
KATİBLİYİN QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA