199
Bil, ey oğul, şah olsan, əməli saleh ol, xalqın arvadına-qızına göz
dikmə, düz və iffətli adam ol. Hər işdə hissini özünə tabe et, hər
əməlində ağlınla məsləhətləş, çünki şahlığın əsl vəziri ağıldır, ağlın
tərəddüd etdiyi yerdə tələsmə, hansı işə girişmək istəsən, oradan
çıxmaq yolunu əvvəldən düşün. Axırını görmədiyin işin əvvəlinə
başlama, həlimliklə yerinə yetirilə bilən işi heç vaxt başqa yolla icra
etmə. Zalım olma. Zalım şahın aqibəti fəlakətli olar. Bütün iş və sözlərə
ədalət gözü ilə bax ki, hər işdə haqqı, nahaqqı görə biləsən.
ŞAHLIQ QAYDALARI VƏ
ŞƏRTLƏRİ HAQQINDA
ŞAHLIQ QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA
42