200
Şahın idrak gözü açıq olmasa, doğru və əyri yollar onun üzünə
açılmaz.
Həmişə doğru de, lakin az danışan və az gülən ol ki, sənə tabe
olanlar qudurmasınlar. Deyiblər ki, şahın ən böyük bədbəxtliyi odur
ki, rəiyyəti sözə baxmayan, xidmətçiləri qudurğan olsun. Bəxşişi
ehtiyacı olanlara ver ki, onlar da müstəhəqlərə versinlər. Ali təbiətli
ol, rəiyyət və ordu qarşısında alçaq təbiətli görünmə, amandır, özünü
yazıq göstərmə. Haqq-Taalanın yaratdıqlarına qarşı rəhmli ol, lakin
rəhmsizlərə rəhm etmə, onları bağışlamağı adət etmə, amansız ol,
xüsusilə öz vəzirinə qarşı.
Özünü vəzirə güzəştə gedən tanıtma və həmişə onun məsləhəti ilə
oturub-durma. Bir adam və ya bir iş haqqında vəzir hər nə desə, qulaq
as, lakin dərhal əməl etmə. De ki: “Baxarıq, nə lazımsa əmr edərik”.
Sonra işi yoxlatdır, gör o, sənin xeyrini güdür, yoxsa öz mənafeyini.
Aydınlaşdırandan sonra necə məsləhətdirsə, elə də cavab ver, qoy o
səni öz rəyinin qulu hesab etməsin.
Vəzirliyi kimə versən, ona tam ixtiyar da ver ki, sənin məmləkətinin
işləri axsamasın. Qoca da olsan, cavan da, vəzirliyi həmişə qocaya
tapşır, vəzarəti cavana vermə, bu barədə belə şeir də deyiblər:
Qocadan başqasını eyləmə vəzir,
Uşaqlar şah taxtın tez bada verir.
Sən qoca olsan, yaxşı düşməz ki, cavan sənə tədbir töksün. Sən də
cavan olsan, vəzirin də, cavanlıq odu birləşib iki olar, məmləkətə iki
tərəfdən od vurarlar.
Vəzir xeyirxah, ağsaqqal, qoca, lakin canı sulu, qarnı böyük, özü
yekəpər və boyu uca olmalıdır. Arıq, gödək, qarasaqqal vəzirin heç
əzəməti olmaz. Vəzirin əsl mənada saqqalı uzun olmalıdır.
Hekayət. Soltan Toğrul
199
vəzirliyi Xorasan vəzirlərindən birinə
tapşırmaq istədi. Bir alimi seçdilər. Çox uzun və enli saqqalı
var idi,
göbəyinə çatırdı. Onu çağırdılar, vəzirliyə namizəd seçildiyi haqqında
soltanın fikrini bildirdilər, dedilər: “Gərək məmləkətin kəndxudalığını
ŞAHLIQ QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA