202
Birinə kömək edib ona hörmət qazandırmaq istəyirsənsə, ona dövlət
və ad verməklə kifayətlənmək olar, layiq olmadığı işi verib nadanlığını
üzə çıxarmaqdansa, belə etmək daha yaxşıdır.
Şahlığın dövründə heç kəsə imkan vermə ki, əmrini saymasın,
əmrini saymayan səni də saymaz. Şahlığın hüsnü elə əmr verməkdədir,
yoxsa şahla rəiyyətin fərqi nədir? Şah əmr verəndir, rəiyyət icra edən.
Hekayət. Ey oğul, nağıl edirlər, sənin babanın dövründə Soltan
Mahmudun bir amili
200
var imiş, adına Əbülfəth Büsti deyərmişlər.
Nəsa və Bavərdin
201
idarəsini ona tapşırırlar. O, Nəsadan bir nəfəri
tutub malına yiyələnir, mülkünü zəbt edir, özünü də dustaqxanaya
salır. Bir azdan sonra bu kişi hiylə işlədərək həbsxanadan qaçır, gedib
Qəzneyə çıxır. Soltana yol tapır və bağışlanmasını xahiş edir. Soltan əmr
edir, ona rəsmi sənəd versinlər. Nəsaya gəlib sənədi amilə göstərirlər.
Amil deyir: “Bu kişi ikinci dəfə Qəzneyə gedib şahı görə bilməz”.
Onun mülkünü geri qaytarmır, sənədə də əhəmiyyət vermir. Kişi ikinci
dəfə qaçıb Qəzneyə getməyə müvəffəq olur. Qəzneyə çatdıqdan sonra
hər gün Soltan Mahmudun sarayının qapısına gedir, nəhayət, bir gün
Qələbə bağında
202
Soltan Mahmuda rast gəlir, ah-fəryad qoparıb Nəsa
amilindən şikayət edir. Şah ikinci dəfə məktub verir. Kişi deyir: “Bir
dəfə gəlib məktub aparmışdım, xeyri olmadı”. Soltan Mahmudun qanı
qara, özü fikirli olduğundan əsəbiləşib deyir: “Mənim işim məktub
verməkdir, tabe olmursa, mən nə edim, get haranın istəyirsənsə,
külünü başına tök”. Kişi deyir: “Şahım, sənin amilin sənin əmrinə əməl
etmir, külü isə mən başıma töküm?” Soltan Mahmud deyir: “Yox səhv
etdim, külü mən başıma tökməliyəm”.
O saat saray qulamlarından ikisini Nəsaya göndərir, o naməni
Əbülfəthin boynuna bağlatdırıb kəndin girəcəyində dardan asdırır
və car çəkdirir ki, “Öz hökmdarının əmrini saymayanın mükafatı bu
olacaq”.
Ondan sonra heç kəsdə ürək qalmadı ki, şahın əmrinə əməl etməsin,
fərmanlar yerinə yetirilir, camaat asudə yaşayırdı.
Hekayət. Bil, ey oğul, Məsud
203
şahlıq taxtına oturduqdan sonra
şücaət və mərdanəlik xülyasına düşdü. Ölkə dolandırmaq qaydalarını
ŞAHLIQ QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA