203
bilmədiyindən, şahlıq əvəzinə kənizlərlə əyyaşlığa başladı. Ordu
və xidmətçilər onun nə ilə məşğul olduğunu gördükdə qudurmağa
başladılar, camaatın işi get-gedə xarab olmağa üz qoydu, ordu və
rəiyyət mütilikdən çıxdılar. Bir gün Fəravə
204
karvansarasından zülm
edilmiş bir qadın gəlib o vilayətin amilindən şikayət etdi. Soltan Məsud
kağız verdi, amil ona əməl etmədi və dedi: “Bu qadın bir də Qəzneyə
getməyəcək ki!” Qarı ikinci dəfə Qəzneyə gedib şikayət etdi, ədalət
tələb etdi. Soltan Məsud əmr verdi kağız yazsınlar. Qarı dedi: “Bir dəfə
kağız aparmışam, işə keçmədi”. Məsud dedi: “Bəs mən nə edim?” Qarı
dedi ki, ölkəni elə dolandır ki, kağızına əməl etsinlər, bacarmırsan,
tapşır, əmri keçən bir adam idarə etsin, həm sən öz kefində ol, həm
Allah bəndələri sənin amillərinin zülmündən xilas olsunlar.
Məsud çox xəcalət çəkdi, əmr etdi qarının haqqını özünə
qaytarsınlar, amili isə dar ağacından assınlar. Ondan sonra qəflət
yuxusundan ayıldı, heç kəsdə cürət olmadı ki, onun fərmanına əməl
etməkdə səhlənkarlıq etsin.
Şahın əmrinə baxmırlarsa, demək, o, şah deyil. Şahla adamlar
arasında fərq olduğu kimi, onun əmri ilə başqalarının əmri arasında
də fərq olmalıdır. Ölkədəki qayda-qanun fərmanların icrası ilə nizama
salınır, fərmanların icrası cəza tədbiri ilə həyata keçirilir. Demək,
cəzada səhlənkarlığa yol vermək olmaz. Belə etdikdə hökmlər rəvan,
işlər isə sahman olar.
Bir də, diqqət et, qoyma ordu rəiyyətə zülm etsin. Ordunun
mənafeyini qoruduğun kimi, rəiyyətin də
mənafeyini qoru. Padşah günəş kimidir,
olmaz ki, birinə işıq versin, birinə yox.
Bir də ki, rəiyyəti ədalətlə dolandır,
ədalət olan yerdə, rəiyyət dövlətli olar,
hökumətin də gəliri rəiyyətdən gəlir.
Demək, ölkədə ədalətsizliyə yol vermə,
şahların məmləkətləri yalnız ədalət
sayəsində uzun müddət yaşayıb
qədimləşə bilər, ədalətsizlərin evləri
ŞAHLIQ QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA