204
isə tez dağılıb xarab olar, çünki ədalət abadlıqdır, ədalətsizlik isə
xarabazarlıqdır. Abadlıq ədalət olan yerdə əbədiləşər, ədalətsizlik olan
yerdə dağılar. Alimlər demişlər: “Dünyanın şadlıq çeşməsi adil şah,
qəm bulağı isə zalım şahdır”.
Allah bəndələrinin əzab çəkmələrinə yol vermə, xəlvətə çəkilib
onlardan qaçma, sən qoşun və rəiyyətə nifrət etsən, ordu və rəiyyət də
sənə nifrət edər. Ordu və rəiyyəti yaxşı dolandırmaqda əlindən gələni
əsirgəmə, əsirgəsən, düşmənə kömək etmiş olarsan. Lakin ordunu
eyni tərkibli etmə, ordusu eyni tərkibli olan şah həmişə ordunun əsiri
olar və öz ordusu qarşısında aciz qalar, çünki eyni tərkibli qoşunlar
öz aralarında birləşdikdə onları bir-birinin üstünə saldırmaq olmaz.
Müxtəlif tərkibli olduqda isə bu növü o növün üstünə göndərmək və
bir növlə digər növə qulaq burması vermək olar, belə olduqda o tayfa
bu tayfanın qorxusundan itaətsizlik edə bilməz və sənin əmrlərinə tabe
olar. Sənin hökmdar baban Soltan Mahmudun dörd min türk, dörd
min hindli qulamı vardı, həmişə hindlilərlə türkləri, türklərlə hindliləri
cəzalandırardı, beləliklə, onların hər ikisi babana tabe olardı.
Həmişə qoşununu çörək və şəraba çağır, onlara yaxşılıq elə, hədiyyə
bağışla, vədlər ver, könüllərini al. Lakin bəxşişin az olsa, ucadan dilinə
gətirmə, gizlində birinin vasitəsilə çatdır, görməmişlik kimi çıxmasın,
belə etməsən, bir tərəfdən şaha layiq olmayan şey bağışladığın bilinər,
digər tərəfdən özünü xalqa alçaq təbiət tanıtdırmış olarsan.
Mən səkkiz il Qəzneydə Soltan Moduda
205
nədim oldum, onda üç
şey görmədim. Birincisi, verdiyi ənam iki yüz dinardan az olduqda heç
vaxt özü verməzdi və açıqdan deməzdi, başqası vasitəsilə çatdırardı,
ikincisi, heç vaxt elə gülməzdi ki, onun dişi görünsün, üçüncüsü,
qəzəbləndikdə heç kəsi söyməzdi. Bu üç xasiyyət çox yaxşıdır.
Eşitmişəm, Rum şahında da bu üç xüsusiyyət vardır. Lakin onlarda elə
adətlər var ki, ərəb və əcəmdə yoxdur. Məsələn, Rum şahları birini öz
əli ilə vursa, artıq heç kəs o adamı vurmağa cəsarət etməz. Nə qədər
sağdır, deyərlər: „Şah onu
öz əlilə vurub, onu vurmaq üçün gərək
onun kimi bir şah olasan“.
İndi yenə də özümüzə qayıdaq. Səxavət haqqında sənə deyə
bilmərəm ki, zorla əli açıq ol, əgər təbiətində yoxsa, heç olmasa dediyim
ŞAHLIQ QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA