205
kimi et ki, açıqdan-açığa camaata öz xasiyyətini bildirməyəsən. Çünki
səxavət göstərməsən, bütün xalq sənin düşmənin olar, əgər dərhal sənə
bir şey edə bilməsələr də, düşmən hücuma keçəndə öz canlarını sənin
uğrunda qurban verməzlər və sənin düşməninin dostu olarlar.
Çalış rahatlıq şərabı səni məst etməsin və altı xüsusiyyəti əldən
vermə: zəhmət sevərlik, ədalət, səxavət, həya, mülayimlik və doğruluq.
Şah bu altı xüsusiyyətin bircəsindən uzaqlaşsa, şahlıq sərməstliyinə
yaxınlaşmış olar, şahlıqdan məst olan şah isə yalnız şahlığı əldən
çıxdıqdan sonra ayılar. Şahlıqda sadəlövh olma, dünya şahlarının
vəziyyətindən xəbər tut, elə et ki, hansı şah nə eləsə, sən onu biləsən.
Hekayət. Mən keçmiş əmir, rəhmətlik atamdan eşitmişəm ki:
Fəxrəddövlə öz qardaşı Əzüdəddövlədən
206
qaçdıqdan sonra heç
yerdə sığınacaq tapmayıb, aman istəmək üçün babamın sarayına,
Qabus şahın yanına getdi. Babam ona aman verdi, qəbul edib çoxlu
hörmət göstərdi, bibimi ona ərə verdi, nənəm Fəxrəddövlənin xalası,
mənim atam və Fəxrəddövlə hər ikisi Həsən Füruzanın
207
nəvələri
olduğundan toyda həddindən artıq şadlıq etdilər. Sonra Əzüdəddövlə
Şəmsülməalinin yanına elçi ilə məktub göndərdi. Tərif yerində yazırdı:
Əzüdəddövlə çoxlu salam göndərir və deyir: Qardaşım əmir Əli ora
getmişdir, özün bilirsən ki, mənimlə sənin aranda dost və qardaşlıq
necədir və hər iki ailə birdir. Mənim bu qardaşım düşmənimdir, gərək
onu mənim yanıma göndərəsən, bunun əvəzində öz vilayətlərimdən
hansını istəsən, sənə bağışlayaram, qoy dostluğumuz bir az da
möhkəmlənsin. Belə bir bədnamlığı üstünə götürmək istəməsən,
orada ona zəhər ver, mənim istəyim yerinə yetirilsin, sən də rüsvay
olmayasan, istədiyin vilayəti də alasan“.
Əmir Şəmsülməali deyir: „Ey böyük Allah, elə adlı-sanlı bir şəxsi
mənim kimi bir adama belə sözləri deməyə məcbur edən nədir?.. Mən
elə bir iş görə bilmərəm ki, qiyamətə qədər rüsvayçılığı boynumda
qalsın“.
Elçi deyir: „Ey böyük ağam, əmir Əliyə, yəni Fəxrəddövləyə görə
Əzüdəddövlənin xatirinə dəymə. Bizim şahımız səni öz doğma
qardaşından çox istəyir“. Bu cür sözlərdən sonra əlavə deyir: „O gün
ŞAHLIQ QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA