206
şah mənə məktub verib sənin yanına yola salarkən sözarası ağzından
qaçırdı ki, Allah bilir, mən Şəmsülməalini necə istəyirəm. Elə ki eşitdim
filan günü Şəmsülməali hamama gedib, orta otaqda ayağı sürüşüb
yıxılıb, ürəyim sıxıldı, dedim: Məgər qırx yeddi il onu elə qocaldıb ki,
qüvvəti də qalmayıb?“
Elçinin bunu deməkdə məqsədi o idi ki, Şəmsülməali özü haqqında
Əzüdəddövlənin hər şeyi bildiyini başa düşsün. Əzüdəddövlə elçini
belə öyrətmişdi.
Şəmsülməali deyir: „Sağ olsun. Bu mərhəməti üçün ona mənim
minnətdarlığımı bildir. Lakin onun haqqında mənim daha çox narahat
olduğumu söylə, de ki, səni yola saldığı o şənbə günü ayın filanında,
gecə filan məclisdə şərab içib filan yerdə yatmışdı. Nuştəkinlə birlikdə
xəlvətə çəkilib kef eləmişdi, sonra gecə yarısı oradan qalxıb arvadların
olduğu yerə getmiş, dama dırmaşaraq oradan Xizran adlı bir
sazəndənin otağına girmiş və onunla da bir müddət
təklikdə qalmışdı. Sonra damdan aşağı düşərkən
ayağı sürüşmüş və nərdivandan yerə yıxılmışdı.
Buna görədə mən ondan yaman narahat idim. Öz-
özümə düşünürdüm: „Gör qırx iki yaşında
kişi nə qədər ağlını itirmiş, iradəsini əldən
vermişdir. Nə üçün o qədər şərab içir ki,
damdan aşağı düşə bilmir, nə üçün gecə
yarısı yatağından durub gedir ki, başına belə
iş gəlir“.
Bu yolla elçiyə başa salır ki, o da hər şeyi
bilir.
Dünya şahlarının vəziyyətindən xəbər
tutduğun kimi, öz məmləkətinin, ordunun
və rəiyyətin də halından xəbərdar ol, bil ki,
necə dolanırlar.
Hekayət. Bil, ey oğul, sənin dayın Modud
ibn Məsud Qəzneyndə olarkən mən oraya
ŞAHLIQ QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA