207
getdim. Məni çox əzizlədi, çox ehtiram göstərdi. Bir az keçdi, məni
görüb bələd olduqdan sonra özünə xüsusi nədim təyin etdi. Xüsusi
nədimin vəzifəsi bu idi ki, həmişə onun məclisində olsun. Ona görə
o biri nədimlərin olub-olmamasına baxmayaraq, mən həmişə yemək
və içmək vaxtı onun məclisində hazır olardım. Bir gün səhər tezdən
şərab içib məst olmuşdu, kefli halda ordunun rəsm-keçidinə tamaşa
edib xalqı qəbul etməyə başlamışdı. Camaat gəlir, baş əyir, çıxıb
gedirdi. Növbə böyük xacə Əbdürrəzaq ibn Həsən əl-Meyməndiyə
208
çatdı. O, şahın vəziri idi, gəlib şahın yanında oturdu. Bir az keçdikdən
sonra sarayın təşrifat müdiri gəlib baş əydi və xadim Əli ibn Rəbiyə bir
məktub verdi, o da bunu Soltana təqdim etdi. Şah oxuduqdan sonra
üzünü vəzirə çevirib dedi: „Bu xəbərçiyə yüz çubuq vurmaqla bir
qulaqburması ver, gələn səfər ətraflı yazsın. Burada yazıbdır ki, dünən
gecə Qəzneyndə on iki min evdə kef məclisi düzəlib. Mən bilmirəm bu
evlər kimindir və hansı küçədədir, indi özün bil“. Vəzir dedi: „Şah sağ
olsun, o, qısa olsun deyə yığcam yazmışdır, təfsilatı ilə şərh etsəydi, bir
kitab çıxardı, onu oxumağa bir neçə gün vaxt lazım olardı. Şah rəhm
edib bu dəfə bağışlasa, deyərəm gələn səfər geniş yazar“.
Şah dedi: „Bu dəfə bağışladım, gələn dəfə xacə deyəntək yazsın“.
Demək, gərək ordu və rəiyyətin işindən yaxşı agah olasan, öz
məmləkətinin vəziyyətindən xəbərsiz qalmayasan. Xüsusilə, öz vəzirini
nəzarət altında saxlamalısan, hər aldığı nəfəsdən, içdiyi sudan xəbər
tutmalısan. Çünki sən xanimanını ona tapşırıbsan, ondan xəbərin
olmasa, yalnız vəzirdən deyil, xanimanından da xəbərin olmaz. Sənə
tay olan başqa ölkə şahları ilə dostluq etsən, yarımçıq dost olma,
düşmənçilik etsən, açıq düşmənlik et, öz tayınla gizli düşmənçilik
etmə.
Hekayət. Eşitmişəm, İsgəndər öz düşmənlərindən biri ilə davaya
gedirmiş, ona deyirlər: „Ey hökmdar, sənin düşmənin olan bu adam
qəflət yuxusundadır, dünyadan xəbəri yoxdur. Ona gecə basqın etmək
lazımdır“. İsgəndər cavabında deyir: „Qələbəni oğurluqla qazanan, şah
adlana bilməz“.
ŞAHLIQ QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA