208
Şahlıqda böyük işlər görməyə adət et, çünki şah hamıdan
böyükdür, onun sözü, işi də hamıdan böyük olmalıdır. Beləliklə, o,
böyük ad qazanar, başqaları da onun sözünün, işinin böyüklüyünü
təsdiq edər. Lənətə gəlmiş o it Firon da, bizim cah-calallı Allahımız
haqqında rəvayət edildiyi kimi, elə ağır bir söz, yəni „mən sizdən
daha böyük yaradanam“, deməsəydi, bu ayə qiyamətə qədər oxunmaz,
o alçaq məlunun adı heç yerdə çəkilməzdi. Demək, söylədiyim kimi ol,
səxavətsiz şahın şöhrəti olmaz, bir də imzanın qədrini bil, onu böyük
tut, hər kiçik şey üçün imza atıb möhür vurma.
Böyük xələt, böyük məmləkət bağışladıqda fərman ver, möhür vur,
imza et. Elə ki vədi verdin, üzrlü səbəb olmadan onu pozma. Vədə
xilaf çıxmaq heç kəs üçün yaxşı deyil. Padşah üçün isə çox pisdir.
Şahlığın şərtləri bunlardır. Hərçənd bu peşə çox əzizdir, lakin
kitabın həcmi və mənim imkanım daxilində nə mümkün idisə hamısını
deyib yazdım. Əgər sən başqa sənət sahibi olsan, məsələn, kəndçilik
kimi, başqa hər hansı işdən yapışsan, gərək onun qaydasını öyrənəsən
ki, işin həmişə düz gətirib rövnəq tapsın. Allah özü köməyin olsun.
ŞAHLIQ QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA