20
Ey oğul, bil ki, nemət sahibinə minnətdarlıq lazımdır, bu, hamıya
vacibdir, özü də onun layiq olduğu qədər deyil, buyurulan qədər, çünki
əgər hamı bütün ömrü boyu yalnız şükürlə məşğul olsa, yenə onun layiq
olduğunun mində birini yerinə yetirə bilməz. Əgər Allah hər verdiyi nemət
müqabilində azacıq da olsa şükür istəsə, bu olduqca çox olar, ona görə də
İslam dinində itaət beşdir, bunların ikisi yalnız varlılara, üçü isə hamıya
aiddir. Bunlardan biri (Haqqı) dildə iqrar edib ürəkdə təsdiq etmək, o biri
beş dəfə namaz qılmaq, üçüncüsü isə otuz günlük oruc tutmaqdır.
NEMƏT SAHİBLƏRİNƏ
MİNNƏTDARLIQ HAQQINDA
NEMƏT SAHİBLƏRİNƏ MİNNƏTDARLIQ HAQQINDA
3