216
Hərbçilərin xüsusiyyəti.
Əyyarlarda olan bu dediyim comərdlik
hərbçilərdə də olur, onlarda bu şərtə riayət etmək daha tam şəkildə
qanun sayılır, çünki hərbçilik təkmilləşdirilmiş əyyarlıq deməkdir.
Lakin hərbçidə kəramət, qonaqpərəstlik, səxavət, minnətdarlıq,
nəzakət, silah oynatmaq məharəti daha çox olmalıdır.
Amma qadınlara hörmət etmək, özünü saxlamaq, başqalarına
xidmət göstərmək, başıaşağı olmaq hərbçi üçün hünər, əyyar üçün
eyib sayılır. Comərdlik bazar əhli üçün də şərtdir, bu barədə peşə
sahiblərindən danışarkən bəhs etmişik.
Din alimlərinin xüsusiyyəti.
İnsanlıq idealından paylarına
bədən və can düşən dəstə, dediyim kimi, din elmi sahibləri və
yoxsul sufilərdir. Camaat bunlara ürəfa adı vermişdir. Bu dəstədə
comərdlik daha çox olmalıdır, çünki comərdlik idealın bədəni,
doğruluq isə onun canıdır, onlara isə can, yəni doğruluq da
düşmüşdür. Onlar nəzakət qaydalarından əlavə, bir də din elmini
bildiklərinə, üləma olduqlarına görə daha çox insan olmalıdırlar.
Belə xüsusiyyətlərə malik olanlar mülayim danışmağı, ürəyi
ələ almağı, xeyirli işlər görməyi, qəlbi razı salmağı daha yaxşı
bacarmalıdırlar. Onlar dində möhkəm olmalı, riyadan uzaqlaşmalı,
dini məsələlər istisna olmaqla, heç vaxt qəzəblənməməlidirlər. Din
ayrılığına görə birinin gizli sirrini açmamalı, cəzalandırmaq üçün
camaata fitva verib, onları təhrik etməməlidir, and içməməlidir. Bir
yazığın səhvi olsa və onun yanına gəlsə, çarəsini bilsə, xudbinlik
etməyib ona öyrədərək, xoş dillə yola salmalıdır. Dini dünya
malına satmamalı, zahidliyini xalqın gözünə soxmamalıdır. Yaxşı ad
qazanmaqla şöhrət tapmalı, fasiq adamı günah üstündə, xüsusilə,
xalq içində danlamamalıdır. Əgər birini məzəmmət edirsə, xəlvətdə
etməlidir, çünki xalq içində məzəmmət zülm, əziyyət sayılar. Heç
vaxt xalqın qanına qəsd etməməli, adamın ölümə layiq olduğunu
bilsə də, fitva verməməlidir. Bütün yanlış fitvalara çarə tapmaq
olar, qətldən başqa, çünki ölünü diriltmək olmaz. Məzhəb fərqi
üstə heç kəsi kafir adlandırmamalıdır, çünki kafirlik dinin əksidir,
məzhəbin əksi deyildir. O, başqa kitab və elmi rədd etməməlidir,
COMƏRDLİK QAYDALARI HAQQINDA