217
onun bilmədiyi şey küfr olmaya da bilər. Xalqı günah işlərə sövq
etməməlidir. Hansı fəqih və hansı zahiddə bu sifətlər varsa, o həm
mərddir, həm comərd.
Təsəvvüf əhlinin xüsusiyyəti.
Təsəvvüf əhlinin ənənə, qayda-qanun
və şərtlərini onların özləri: Ostad Əbulqasım Əbdülkərim Qüşeyri
212
özünün “Rəsaili adab-ət-təsəvvüf”, Şeyx Əbülhəsən əl Müqəddəsi
213
Bəyan-əs-Səfa”, Əbu Mənsur əd-Dəməşqi
214
Əzəmət” və Əli Vahidi
215
Kitabül-Bəyan fi kəşfil əyan” kitabında yazmışlar. Mən burada bu
təriqətin bütün şərtləri haqqında, şeyxlərin başqa kitablarda yazdıqları
qədər məlumat verə bilmərəm. Mənim bu kitabda məqsədim nəsihət
vermək və sənə yaxşı gün ağlamaqdır. Ona görə bu barədə də öz
borcumu yerinə yetirdim ki, əgər bu tayfa ilə oturub dursan, nə sən
onlara yük olasan, nə onlar sənə.
Mən bu dəstənin də comərdlik şərtlərini sənə danışmaq istəyirəm,
çünki elə bir adam tapılmaz ki, özlərini hamıdan daha üstün və daha
yaxşı hesab edən bu dəstə kimi Allah xatirinə, könüllü olaraq həyatda
bu qədər əziyyətə məruz qalsın.
Eşitmişəm ilk dəfə bu təriqəti kəşf edən Üzeyr Peyğəmbər (s.) olmuşdur,
iş oraya çatmışdır ki, yəhudilər onu Allahın oğlu adlandırmışlar.
Eşitmişəm ki, Peyğəmbərin (s.) vaxtında onun səhabələri arasında
da yamaqlı paltar geyən on iki “suffə sahibi” olmuşdur. Peyğəmbər (s.)
tez-tez onlarla görüşərmiş.
Bu dəstənin comərdlik şərtləri o biri dəstələrdən çətindir. Bu
dəstənin adət və ənənələri, comərdlikləri iki cürdür: biri yoxsul sufilərə
xasdır, o birisi sufipərəstlərə. Hər ikisindən də danışacağam. Lakin
tam mənada əsl dərvişlik odur ki, heç bir şeyin olmasın. Heç bir şey
olmamaq və təklik təsəvvüfün özüdür.
Hekayət. Belə eşitmişəm, bir dəfə iki sufi gedirmiş, bunlardan
birinin heç bir şeyi yox imiş, o birisinin isə beş dinar pulu var imiş.
Heç nəyi olmayan ürəklə gedir, heç kəsdən qorxmur, hara çatırdısa,
orada özünü arxayın hiss edir, istədiyi yerdə yatırdı. Beş dinarı olan isə
qorxusundan yata bilmir, lakin pulundan da əl çəkə bilmirdi. Nəhayət,
COMƏRDLİK QAYDALARI HAQQINDA