218
gəlib bir quyunun başına çıxdılar. Bura bir neçə yol ayırıcı idi, qorxulu
yer idi. Şeysiz sufi çörəyini yedi, başını atıb yatdı. Beş dinar sahibi isə
qorxudan yata bilmir və hey deyirdi: “Nə edim, beş dinar qızılım var,
bura qorxulu yerdir, sən yatırsan, amma məni yuxu aparmır, nə yata
bilirəm, nə gedə bilirəm”. Şeysiz sufi deyir: “O beş dinarı ver bura”.
Alır, alan kimi dinarları quyuya atır və deyir: “Canın qurtardı, arxayın
yat, müflis mis qalada olar, yəni müflisə zaval yoxdur”.
Bütün şeyxlərin fikrinə görə, təsəvvüf üç şeydən ibarətdir: təcrid,
təslim və təsdiq (yəni heç bir şeyi olmamaq, özünü Allaha təslim etmək,
sidq ilə iman etmək). Əgər hər şeyə bir nəzərlə baxsan, bəladan uzaq
olarsan, heç bir işində maneəyə rast gəlməzsən, təriqətin əsli də elə
budur. Deməli, özünü təslim etmiş dərviş heç bir adamla özü üstündə
açıq düşmənçilik etməməlidir. Məsləkdaşı və ya qohumu üstündə edə
bilər. Onun paxıllığı həmişə bu olmalıdır ki, “nə üçün mənim qardaşım
məndən yaxşı deyil?” O, mənliyini unutmalı, qərəzi bir kənara atmalı,
özündən keçməli, hər şeyə təcrid və təsdiq gözü ilə baxmalı, heç kəsə
COMƏRDLİK QAYDALARI HAQQINDA