21
Şəhadət Haqdan başqa hər şeyi inkar etməyin dəlilidir, namaz
bəndəliyi iqrar etmək üçün sidqlə deyilən söz, oruc isə Allah-Taalaya
verilən vədi təsdiq üçündür. Elə ki dedin: mən bəndəyəm, gərək
bəndəlik bağını da boynuna bağlayasan, elə ki dedin: O, ağadır, gərək
ağanın buyruğuna da qulaq asasan.
İstəyirsən ki, qulun sənə itaət etsin, sən də öz ağana itaət etməkdən
boyun qaçırma, boyun qaçırsan, öz qulundan itaət gözləmə, çünki sənin
öz quluna etdiyin mərhəmət Allahın sənə göstərdiyi mərhəmətdən çox
ola bilməz.
İtaət etməyən bəndə olma
10
,
çünki itaət etməyən bəndə Allahlıq
iddiasına düşər və tez məhv olar.
Layiqdir vurula o qulun başı
Ki, Allahlıq edə hər addımbaşı.
Bil və agah ol ki, namaz və oruc Allaha xasdır, onda ehmallıq etmə,
xasda ehmallıq edən xalqa aid olan bütün işlərdən məhrum olar. Onu
da bilməlisən ki, bizim şəriət sahibi namazı bütün dinə bərabər hesab
etmişdir: kim namazdan əl çəksə, o, bütün dindən əl çəkmiş olar...
Amandır, oğlum, dünyada boş şeylərə könül vermə və demə
ki, namazı qılmamaq da olar. Əgər sən namazı din xatirinə qılmaq
istəməsən, heç olmasa sağlam düşüncə əsasında qıl. Bilməlisən ki,
namazın bir neçə faydası vardır: birincisi, beş dəfə vacib namaz qılan
adamın həmişə bədəni və paltarı təmiz olar, təmizlik isə, hər halda
natəmizlikdən yaxşıdır; ikincisi, o, təkəbbür və qeybətdən uzaq olar,
çünki namazın əsasını təvazökarlıq təşkil edir, təbiətini təvazökarlığa
alışdırsan, bədənin də təvazökarlığa adət edər. Məlumdur ki, birinə
tay olmaq istəyən, mütləq gedib ona qoşular. Xoşbəxt və varlı olmaq
istəyənlər varlılara uyğunlaşmalı, bədbəxtlər də özü kimilərlə oturub-
durmalıdır. Ağıllı adamların fikrinə görə, İslam dinindən qüvvətli heç
bir dövlət, onun əmrindən qüdrətli heç bir qüvvət yoxdur. Deməli, əgər
sən əbədi dövlət və nemət sahibi olmaq istəyirsənsə, dövlət sahibləri ilə
yaxınlıq etməyə çalış və həmişə onların əmrlərini yerinə yetir, onların
əksinə getmə ki, bədbəxt və günahkar olmayasan.
NEMƏT SAHİBLƏRİNƏ MİNNƏTDARLIQ HAQQINDA