219
iki müxtəlif nəzərlə baxmamalı, şəkk, şübhə, güman kimi şeylərdən əl
çəkməlidir, çünki şəkkə yol verməyən baxış təsdiq deməkdir. Heç kəs
buna etiraz edə bilməz, çünki həqiqətin mahiyyəti ikiliyi rədd etmək,
təsdiqinki isə ziddiyyəti rəf etməkdir.
Bil, ey oğul, kim ayağını sidqlə suya qoysa, su onun ayağı altında
buz olar. Bu barədə söhbət açsalar, bil ki, mümkün olmasa da ağıl
onu rəva bilər. Bir şeyə ki sidqlə inandın, onu inkar etmə, şübhəyə yol
vermə. Sidq elə bir şeydir ki, onu ağıl və ya
güclə ürəyə daxil etmək
olmaz, o ya Allah-Taala tərəfindən bəxş edilməlidir, ya da adamın öz
canında olmalıdır.
Dərviş ona deyərlər ki, sidq gözü ilə baxsın, qorxunu özünə
peşə etməsin, zahirdə və batində bir olsun, həmişə Allahın təkliyi
haqqında düşünsün. Lakin düşünərkən bir az ehtiyatlı olmalıdır ki,
düşüncələr atəşi içində yanmasın. Bu təriqət sahibləri düşüncəni
elə bir od adlandırmışlar ki, onun suyu yalnız təsəlli ola bilər. Ona
görə də işrət, rəqs və musiqini təsəlli üçün vasitəçi ediblər. Əgər
dərviş oxuyub vird etməyə meyl göstərməsə, həmişə düşüncələr
odu içərisində yanar. Tövhid haqqında düşünməyənə musiqiyə
qulaq asmaq və avazla oxumaq çətin olar, çünki bu, qaranlıq üstünə
qaranlıq gətirər.
Şeyx Əxi Zəngani
216
ömrünün axır vaxtlarında musiqini qadağan
etmişdi. O deyirdi: „Musiqi (səma) sudur, su od olan yerdə lazımdır.
Suyu suya töksən, bulanıqlıq və lillik artar. Əlli adamdan yalnız
birində od varsa, bu bir nəfər xatirinə o biri qırx doqquzunun üstünə
su səpməyinə dəyməz, o bir nəfərdən səbir, bu qırx doqquz nəfərdən
isə sədaqət tələb etmək lazımdır“.
Əgər dərvişin batinində ədəb nuru yoxdursa, zahiri tərbiyə vacibdir
ki, heç olmasa, iki xüsusiyyətdən biri yerində olsun. Deməli, dərviş
ibadət edən, şirindil, ziyansız, pis işlərdən uzaq, təmiz, pəhrizkar və
düz olmalıdır. Onun səfərdə və başqa yerlərdə lazım olan dərvişlərə
aid bütün ləvazimatı, məsələn, əsa, kəşkül, su qabı, səccadə, yelpinc,
daraq, iynə, dırnaq düzəldən, heybə və s. olmalıdır. Dərvişin dərziyə
və paltaryuyana ehtiyacı olmamalıdır, bu iki işdə o, bəlkə, özü
qardaşlarına xidmət göstərməlidir.
COMƏRDLİK QAYDALARI HAQQINDA