220
O, səyahəti sevməli, lakin səfərə tək çıxmamalı, Xanqaha
217
tək getməməlidir. Həmişə bəla təklikdən doğur. Xanqaha
getdikdə başqalarının işinə mane olmamalı, xoş rəftarı heç kəsdən
əsirgəməməlidir. Əvvəlcə, sol ayaqqabısını çıxarmalı, geydikdə isə
sağ ayaqqabısını geyməlidir. Kəməri bağlı olmamalıdır. Xalq arasına
soxulmamalıdır. Səccadəsini haraya salıblarsa, orada oturmalı,
oturduqda icazə istəməli və icazə ilə də iki rükət namaz qılmalıdır.
Başqa vaxtlar gəlib getdikdə salam versə də olar, verməsədə, lakin
səhər salamını yaddan çıxarmamalıdır.
Camaatla xoş söhbət etməli, nalayiq sözlər deməkdən qaçmalıdır.
Şirin danışmağı bacarmırsa, şirin əhvalatlar nağıl etməlidir ki,
Xanqahda qaldıqca onun xatirini daha çox istəsinlər. Heç kəsi zorla
söhbətə məcbur etməməlidir. Qocalara hörmət etməlidir. Hörmət
vacibdir, söhbət isə yox. Hər işi razılıq və cəmiyyətin tapşırığı ilə
etməlidir. Etiraz etsə, günahı olmasa da, gərək cəmiyyətin əksinə
getməsin, üzr istəsin.
Xalqa çox xırda eyiblər tutmaqda ifrata varmamalıdır ki, onun
özünə də hər addımbaşı eyib tutmasınlar. Səccadədən az-az ayrılmalı,
hər şey üstündə tez-tez bazara qaçmamalıdır. Bir iş başlamaq istədikdə
və ya özünə aid bir iş görmək arzusunda olduqda cəmiyyətin razılığı
ilə görməlidir. Paltar geymək və çıxarmaq istəsə, cəmiyyətdən və ya
cəmiyyətin mürşüdündən (başçısından) icazə almalıdır. Səccadəyə
dirsəklənməməli və bardaş qurub onun üzərində oturmamalıdır.
Camaatdan gizlin xirqə yırtmamalı, camaatdan xəlvət heç şey, bir
badam belə yeməməlidir. Bu, çox pis iş sayılır. Heç bir şeyi öz zahiri adı
ilə adlandırmamalı, came
218
necə deyirsə, o da elə deməlidir. Cəmiyyət
arasında çox danışmamalıdır. Hamı xirqəni yerə salanda o da salmalı,
geyəndə o da geyməlidir. Bacardıqca heç kəsin xirqəsini cırmamalı və
tək bir şey yeməməlidir, bunların hər ikisinin xüsusi şərtləri vardır ki,
hər adam onu yerinə yetirə bilməz.
Ələ su tökməyi qənimət bilməli, ayağını başqasının səccadəsi və
xirqəsi üzərinə qoymamalıdır. Cəmiyyətin içərisində sürətlə getməməli
və cəmiyyətdən çox qabağa keçməməlidir. Başqalarının yerində
oturmamalı, zəhlətökən olmamalıdır. Musiqi çalınarkən və oxunarkən,
COMƏRDLİK QAYDALARI HAQQINDA