221
ya xirqə parçalanarkən, ya sirr aşkar edilərkən mürşüdlə öcəşməməli,
ayağa qalxmamalı və səs salmamalıdır. Yersiz rəqs etməməli, əynindəki
paltar cırılan kimi çıxarıb başçının qabağına qoymalıdır. Əgər bir dərviş
onu pisləyib ya tərifləsə, təşəkkür edib, ona bir şey təqdim etməlidir.
Bir dərviş ona xirqə versə, alıb: „Xoşdur“ deyib öpməli, bundan sonra
özünə qaytarmalıdır. Əgər dərvişlik işi görsə, ya paltar tiksə, ya paltar
yusa, təşəkkür etməyincə geri verməməlidir. Bir dərvişi incitmiş olsa,
tez ürəyini ələ almalı, kəffarəsini
219
verməlidir.
Əgər biri yaxşılıq etsə, dərhal təşəkkür etməli və əvəzini
çıxmalıdır. Bacardıqca heç kəsdən, xüsusilə dərvişlərdən bir şey
istəməməlidir. İsfahan camaatı istəyər, lakin verməz; xorasanlılar
nə istəyərlər, nə verərlər; təbəristanlılar istəməzlər, lakin verərlər;
parslar istərlər və verərlər. Eşitmişəm, sufilik ilk dəfə farsda
meydana çıxmışdır.
Dərviş gərək cavanlıqda zəhmət çəkib əziyyətə dözməyi özünə peşə
eləsin, qocalıqda isə bir küncə çəkilib sakit-sakit yaşasın.
Çörək yemək vaxtı süfrə başında hazır olmalıdır ki, camaat onu
gözləməsin. Camaatdan əvvəl çörəyə əl uzatmamalı, camaatla birlikdə
yeməkdən əl götürməlidir. Payından artığına göz dikməməli, göstəriş
olmadan heç kəsi öz payına şərik etməməlidir. Müəyyən səbəbə görə
çörək yeyə bilməyəcəksə, süfrə açılmamışdan əvvəl üzr istəməli və
süfrə başında heç bir şey deməməlidir. Orucdursa, süfrə açsalar, oruc
olduğunu deməli və orucunu yeməlidir. Təharət qaydasını öyrənməli,
ayağını səccadənin altına soxmamalı, müxtəlif qaydalarla təharət
almamalıdır. Comərdlik, sufilik, onların qayda və şərtləri mənim bu
dediklərimdən ibarətdir.
Sufipərəst olmağın şərti budur ki, sufilərin rəmzli sözlərini rədd
etməyəsən, onların şərhini soruşasan. Sufilərin eybini məziyyət
biləsən, məsələn, küfrünü iman sayasan. Sufi dostu onların sirrini
heç kəsə deməməli, bəyəndiyi işlərini tərifləməli, bəyənmədiyini
düzəltməyə çalışmalıdır. Onların yanına getdikdə təmiz paltar
geyməli, nəzakətlə öz yerində oturmalı və onların xirqəsinə
layiqli hörmət etməlidir, onu geyməməli, başına qoymamalı, yerə
salmamalı, nalayiq işlərdə ondan istifadə etməməlidir. Bacardıqca
COMƏRDLİK QAYDALARI HAQQINDA