222
yaxşılıq etməli, sufilərin xirqələrini yerə saldıqlarını gördükdə, o da
salmalıdır. Əgər xirqə işrət xatirinə salınıbsa, onları dəvət etmək və
ya qonaqlıq verməklə əvəzini çıxmalı, bir-bir yerdən götürüb öpməli
və yiyəsinə qaytarmalıdır, yox, əgər xirqə çəkişmə nəticəsində
salınıbsa, əlbəttə, ona baş qoşmamalı, mübahisə edən sufilərin
arasına düşməməlidir, düşsə, yerində oturmalı, onlar məsələni özləri
həll edib qurtarana qədər səsini çıxarmamalıdır. Sufilər arasında
özünü Allahın vəkili hesab etməməli və deməməlidir ki, „Namaz
vaxtı çatıb, durun namaz qılağın“, ibadətə dəvət etməməlidir, çünki
onların heç kəsin göstərişinə ehtiyacı yoxdur. Onların arasında
çox gülməli, eləcə də cansıxıcı və qaşqabaqlı olmamalıdır, beləsinə
ağırayaq“ adam deyərlər.
Əlinə şirin yemək düşsə, az olsa da, onların yanına aparmalı, azlığı
üçün üzr istəməli və deməlidir: „Doğrudur, azdır, lakin əliboş gəlmək
istəmədim“. Sufilərin əsl malı halvadır. Bu barədə mən bir şeir də
demişəm:
Mən ki, bir sufiyəm, ey çöhrəsi nur, nazlı nigar,
Bunu hər kəs bilir: arvad, kişi, gənclər, qocalar.
O sənin al dodağın halva kimi şirindir,
Onu sən sufiyə ver, sufi malı halva olar.
Belə olsan, dostların ən kamili və ən düzü olarsan, çünki comərdlik
və dostların düzlüyü bundan ibarətdir.
İnsanlıq idealından payına bədən, can və hisslər, yəni comərdlik,
doğruluq və elm düşən dəstə peyğəmbərlərdir. Hansı bəndədə bu üç
xüsusiyyətin üçü də birlikdə olsa, o, mütləq ya peyğəmbər olar, ya
nəsihətçi filosof, çünki cismani istedadın hər ikisi ondadır. Cismani
istedad doğruluq və mərifət, ruhani istedad isə elmdir. Elmin nə üçün
mərifətdən sonra yazıldığı və nə üçün bilikdən üstün tutulduğu sənə
maraqlıdırsa, mən bu sirri sənə aça bilərəm. Bil ki, “mərifət” farsca
tanımaq” deməkdir. Tanımaq ona deyərlər ki, bir şeyi tanıya bilmək
həddindən tanışlıq dərəcəsinə çatdırasan. “Elm” farsca “daneş”
deməkdir, onun vasitəsilə tanış və yad şeyi tanışlıq və yadlıq cəhətdən
COMƏRDLİK QAYDALARI HAQQINDA