223
tam şəkildə tanıyırsan, onun yaxşılıq və pislik dərəcələrini təyin edirsən.
Bil ki, tam bilmək beş cürdür: “əniyyət”, “keyfiyyət”, “ləmiyyət”,
kəmiyyət” və “səbəbiyyət”, yəni “nəlik”, “necəlik”, “nə
üçünlük”,”neçəlik” və “səbəb”.
Nəlik” odur ki, deyəsən: “Filanı tanıyıram, “nədir” və “kimdir”.
Bu “mərifət”dir.
Mərifət”də, yəni tanımaqda heyvanlar insanlara şərikdirlər ona
görə ki, onlar da öz yeməklərini və balalarını tanıyırlar, adamlar da.
Lakin əlavə olaraq insanlarda bilik də olduğundan onlar “nəliyi”,
necəliyi”, “neçəliyi”, “nə üçünlüyü” və “səbəbi” də bilirlər.
Görmürsənmi, heyvanların yemi olan yerə od qoyduqda onlar başını
ora soxub odun yandırdığını hiss etməyincə çəkilmirlər, çünki onlar
odun “nəliyini”, həm də “necəliyini” bilmirlər.
İndi aydın oldu ki, nə üçün elm “mərifət”dən yüksəkdir. Buna
görə dedim ki, kimin elmi kamil olsa, o, peyğəmbərliyə layiq olar. Biz
heyvanlara nisbətən üstün olduğumuz qədər peyğəmbərlər də bizdən
üstündürlər. Heyvanlar bircə “nəliyi” bilirlər, insanlar “nəliyi” və
necəliyi”, peyğəmbərlər isə adamların ən kamilləridir, onlar “nəliyi”,
necəliyi”, “neçəliyi”, və “nə üçünlüyü” də bilirlər. Heyvan yalnız onu
bilir ki, “od” yandırır, insan bilir ki, “necə yandırır”, “nə üçün yandırır”
və “nə səbəbə yandırıcıdır”.
Lakin adamların ən kamili odur ki, onda comərdlik kamil
olsun. Comərdlik o zaman kamil olar ki, bilik kamil olsun, bu isə
peyğəmbərlərdə olar. Peyğəmbərlik tam ruhanilikdir, çünki insanlıq
dərəcəsində peyğəmbərlikdən daha yüksək mövqe yoxdur. Deməli,
insanlıq idealından paylarına bədən, can, hisslər və mənəviyyat düşən
dəstə yalnız peyğəmbərlərdir. Həqiqətən, insanlıq idealından kimin
payına insanlığa aid olan bir xüsusiyyət düşübsə, onu “təmizlikdən”
başqa heç cür təsvir etmək olmaz, ondan üstününü axtarsan, özü
kimisini taparsan, bu isə ünsiyyət danışmaq və təcrübə vasitəsilə əldə
edilər.
Kimdə “təmizlik” varsa, o, özlüyündə təkdir, onun nəyi varsa,
özündəndir, ondan nə baş verirsə, o onu ona vadar edir, o kimlə olursa,
onunla birlikdə olur; onun suyu təmiz, məqsədi qərəzsiz, köməyi
COMƏRDLİK QAYDALARI HAQQINDA