224
tələbsiz olar, qorxu bilməz, xudpəsəndlik tanımaz, məhrumiyyətdən
uzaq olar. O, varlılığını yoxluqda tapar, yoxluq içində yox olduğu
üçün əbədi qalar, yoxluqda varlıqla birlikdə mövcud olar. Tərifə
gəlməz qədər təmiz olar, özünü başqasında görər, başqalarını isə
özündən xaricdə görə bilməz, o hər şeyə gözü olmayan bir gözlə baxar.
Ona görə bu dəstə nə qədər yüksək dərəcəyə, nə qədər böyük hörmətə
çatsa, layiqdir.
Deməli, ey oğul, nə olursan ol, qabaqda ol, comərdliklə yaxınlıq et.
Yalnız beləliklə, dünya elçisi ola bilərsən. Hansı təbəqədən olursan ol,
comərdlik yoluna düşmək istəsən, ayıq ol. Görmək lazım olmayan,
etmək lazım olmayan və demək lazım olmayan şeylərdən üç şeyi
həmişə bağlı saxla: gözü, əli, dili.
Üç şeyi isə həmişə dost və düşmən üzünə açıq qoy: ev qapısını,
yemək süfrəsini və pul kisəsini.
Bacardıqca yalan danışma, çünki əsl nacomərdlik yalan danışmaqdır.
Bir adam sənin comərdliyinə etibar edirsə, sən ən əziz adam olsan və
o sənin ən əziz adamını öldürüb, sənə ən böyük
düşmən olsa, lakin
özünü sənə təslim edib zəifliyini iqrar etsə və sənə pənah gətirsə,
bağışla. Bu iş üstündə həyatın da məhv olsa, qoy olsun, qorxma,
son damla qanına qədər onu müdafiə et, onda əsl comərdliyə çatmış
olarsan.
Bir də, nə qədər ki sağsan, vaxtı keçmiş intiqamla məşğul olma, ona
xəyanət haqqında fikirləşmə, comərdlikdə belə bir qayda yoxdur.
Ey oğul, bu küçə uzun küçədir, hər təbəqənin comərdlik şərtlərini
sənə saysam, çox “necə” və “nə üçünlər” meydana çıxar. Ona görə
xülasə edirəm. Comərdlik haqqında nə demişəmsə, hamısının məğzi
də bu sözdədir: bil, ən kamil comərdlik odur ki, öz malını özününkü
hesab edəsən, özgə malını özgəninki. Başqalarının malına tamah
salmayasan, özünün bir şeyin varsa, xalqa verəsən, gözünü xalqın
malına tikməyəsən. Özün qoymadığın şeyi götürməyəsən. Xalqa
yaxşılıq etməyi bacarmasan, heç olmasa, bəlanı onlardan uzaqlaşdıra
biləsən. Ən böyük və ən insani comərdlik budur.
Kim mən dediyim kimi yaşasa, bu dünya da onundur, o dünya da.
Bil, ey oğul, mən bu kitabda dəfələrlə qənaətdən danışmışam, bir
COMƏRDLİK QAYDALARI HAQQINDA