225
də təkrar edirəm: istəyirsən ki, qanıqara olmayasan, qane olmalısan.
Həmişə könlünün xoş olmasını istəyirsənsə, paxıl olma. Qəmli olmağın
əsası paxıllıqdır.
Bir də bil ki, insana yetişən yaxşılıq və pislik fələyin əlindədir.
Mənim müəllimim deyərdi: insan gərək uzaqgörən olsun, fələyin
işləri qarşısında boynunu uzadıb, ağzını açıq saxlasın, fələkdən zəiflik
gəlsə, boynuna salsın, yemək gəlsə, ağzına alsın. Allah-Taala da
buyurmuşdur: “Payını al, Allahına şükür elə!”
Fələyin təsiri bu iki şeydən xaric ola bilməz, bu yolu tutsan, sənin
azad bədənin heç vaxt qul olmaz.
Bir də, qəlbində tamahkarlığa yer vermə, yaxşı, pis, nəsibin nə olsa,
onunla da kifayətlən və bil ki, bütün tayfalar bir Allahın izni ilə Adəm
əleyhissəlamın övladlarıdır, biri o birindən əksik deyil. İnsan tamahı
qəlbindən çıxarsa, qənaəti özünə peşə etsə, dünyada heç kəsə ehtiyacı
olmaz.
İşlərin asan olar, olsan tamahdan azad,
Qənaətə başladın, ev-eşik oldu abad!
Dünyada ən möhtəşəm adam odur ki, heç kəsə ehtiyacı olmasın. Ən
məzlum və yazıq adam odur ki, hamıya möhtac olsun və utanmadan
qızıl, gümüş üçün özü kimi kişilərə əl açsın.
Hekayət. Eşitmişəm bir gün Şibli
220
(
Allah ona rəhmət eləsin)
iki rükət namaz qılmaq və bir az dincəlmək üçün məscidə gedir.
Məktəb şagirdləri məsciddə imiş və təsadüfən onların çörək yemək
vaxtları imiş. İki şagird Şiblinin yanında oturubmuşlar. Bunlardan
biri dövlətli oğlu, biri yoxsul uşağı imiş. Dövlətli oğlunun
heybəsində çörək və halva, yoxsulun zənbilində isə yavan çörək var
imiş. Dövlətlinin oğlu halva çörək yeyir, yoxsul uşağı isə ondan hey
halva istəyirmiş. Dövlətli oğlu deyir: “Sənə bir parça halva versəm,
mənim itim olarsanmı?” Deyir: “Olaram”. Deyir: “Hür, sənə halva
verim”. O yazıq hey hürür, dövlətli oğlu da ona hey halva verir.
Bir neçə dəfə belə edirlər, Şibli onlara baxır və ağlayır. Müridləri
221
COMƏRDLİK QAYDALARI HAQQINDA