26
Zəkata gəldikdə isə, demək lazımdır ki, onu ildə bir dəfə vermək
məcburidir. Sədəqə məcburi olmasa da, alicənablıq və insanpərvərlikdir,
bacardığın qədər ver və xəsislik etmə, çünki sədəqə verənlər həmişə
Allahın himayəsi altında, əmin-amanlıqda olarlar, Allahın himayəsini
isə həmişə qənimət hesab etmək lazımdır.
Amandır, oğlum, ürəyində zəkat və Həcc haqqında şəkk və
şübhələrə yol vermə, onları boş şey hesab edib demə ki, “qaçmaq, lüt
olmaq, dırnağı tutmayıb, saçı vurdurmamaq nəyə lazımdır? Hər iyirmi
dinardan nə üçün yarım dinar verim, zəkat nə üçündür, qoyun və
dəvədən də zəkat olarmı, qoyunu nə üçün qurban kəsirlər?”
Belə hikmətlərdə ürəyini təmiz saxla. Elə güman etmə ki, sən
bilmədiyin şeydə xeyir ola bilməz, onun yerini biz bilməyə də bilərik,
sən Allahın buyruqlarını yerinə yetir, “niyə belə olur”, “nə üçün
edirlər”lə işin olmasın.
Elə ki bu əmrləri yerinə yetirdin, ondan sonra bilməlisən ki, ata-
anaya hörmət də o böyük Allahın əmrlərindəndir.
İMKAN OLDUQDA İTAƏTİN ARTIRILMASI HAQQINDA