27
Ey oğul, bil ki, bizi yaradan, dünyanı abad saxlamaq üçün nəslin
artıb törəməsini lazım bildi və heyvani şəhvəti buna səbəb etdi. Deməli,
sağlam düşüncəyə görə, övlad (öz səbəbinə) hörmət etməli, öz əsil-
zatına ehtiram qoymalıdır, onun əsil-zatı isə ata və anasıdır.
Demə ki: “ata-ananın mənim üzərimdə nə haqqı vardır, onların
məqsədi öz şəhvətlərini söndürmək olub, məni yaratmaq olmayıb”.
Məqsədləri şəhvəti söndürmək olsa da, onlar sənin yolunda ölümə də
getməyə hazır olarlar, bu isə şəhvətdən daha üstündür.
ATA VƏ ANAYAHÖRMƏT
HAQQINDA
ATA VƏ ANAYA HÖRMƏT HAQQINDA
5