33
başlayır. Fəth suya üstün gələ bilməyəcəyini anladıqda özünü suyun
ixtiyarına verir və camaatın gözündən itir. Beləcə, su bir müddət
onu aparır. Dəclənin kənarında ovuqlar var idi, Fəth bu ovuqlardan
birinin yanından keçərkən əl atıb özünü onun içinə salır. Orada oturub
öz-özünə deyir: “Görək Allah sonrasını neyləyəcək, hələ ki özümü
bu dəhşətli suyun əlindən qurtarmışam”. Yeddi gün o, bu ovuqda
qalır. Elə birinci gün Mütəvəkkilə xəbər verəndə ki, Fəth suya atılıb
boğulmuşdur, o, taxtdan düşüb yerə oturur və üzgüçüləri çağıraraq
deyir: “Kim Fəthi ölü ya diri gətirsə, ona min dinar verəcəyəm”. Sonra
and içir ki, onu tapıb gətirməyincə yeməyə əl vurmayacaq.
Üzgüçülər Dəcləyə gedib suya baş vururlar, ümid gələn hər yeri
axtarırlar. Nəhayət, yeddinci gün üzgüçülərdən biri həmən ovuğa
rast gəlir. Fəthi görüb çox sevinir və deyir: “Burada ol, gedim qayıq
gətirim”.
Oradan qayıdıb Mütəvəkkilin yanına gəlir və deyir: “Ya
Əmirrəlmöminin, Fəthi diri gətirsəm, mənə nə verərsən?” Deyir: “Beş
min dinar nəqd verərəm”. Üzgüçü deyir: “Fəthi diri tapmışam”.
Qayıq gətirib Fəthi aparırlar.
Mütəvəkkil əmr edir ki, üzgüçüyə verdiyi vədi yerinə yetirsinlər.
Sonra vəziri çağırıb deyir: “Get xəzinəmə, orada nə varsa, yarısını
payla yoxsullara”. Sonra deyir: “Yemək gətirin, axı o, yeddi gündür
acdır”. Fəth deyir: “Ya Əmirəlmöminin, mən toxam”. Mütəvəkkil dedi:
Dəclənin suyundanmı toxsan?” Fəth deyir: “Yox, mən bu yeddi günü
heç vaxt ac olmamışam, çünki hər gün çay aşağı üzərində iyirmi çörək
olan bir tabaq üzürdü, mən də ondan iki-üç dənəsini əldə edir, qarnımı
doydururdum. Hər çörəyin üstünə yazılmışdı: “Muhamməd ibn əl-
Hüseyn əl-Əskaf”.
Mütəvəkkil əmr edir şəhərdə car çəksinlər və desinlər ki, Dəcləyə
çörək atan kimdirsə, qorxmasın, gəlsin, Əmirəlmöminin ona
yaxşılıq edəcək. Sabahısı gün bir kişi gəlib deyir: “Mənəm o adam”.
Mütəvəkkil deyir: “Sübut!” Kişi deyir: “Sübutum odur ki, hər çörəyin
üzərində mənim adım yazılmışdır: “Muhamməd ibnəl- Hüseyn əl-
Əskaf”. Mütəvəkkil deyir: “Doğrudur, indi de görüm, nə vaxtdan sən
Dəcləyə çörək atırsan?” Muhamməd ibn əl-Hüseyn deyir: „Bir ildir“.
TƏVAZÖ VƏ BİLİYİN ARTIRILMASI HAQQINDA