34
Mütəvəkkil soruşur: „Nə üçün belə edirsən?“ Kişi deyir: „Eşitmişdim
ki, deyirlər: yaxşılıq elə, at suya, bir gün gələr, xeyrini görərsən. Mənim
əlimdən başqa yaxşılıq gəlmirdi, elə bunu bacarırdım ki, onu da etdim
və öz-özümə dedim:“görək xeyri nə olacaq“.
Mütəvəkkil deyir: „Eşitdiyini etdin, gördüyün işdən də xeyir
götürdün“. Sonra Mütəvəkkil kişiyə Bağdadda bir malikanə və beş
kənd bağışlayır. Kişi həmən malikanəyə köçüb, varlı-sanlı oldu. Onun
övladlarından hələ indi də Bağdadda yaşayanı var.
Mən, əl-Qaim Bi-əmrillah
17
dövründə Həccə getmişdim, Yaradan
mənə Öz Evini ziyarət etmək imkanı vermişdi, onun övladını gördüm
və bu əhvalatı Bağdadın qocalarından və ağsaqqallarından eşitdim.
Deməli, nə qədər bacarırsansa, yaxşılıq etməkdən əl çəkmə,
camaata özünü yaxşılıq edən kimi tanıtdır, vədə xilaf olma, dildə bir
şey deyib, ürəyində başqa şey tutma ki, buğda göstərib arpa satanlara
oxşamayasan.
Bütün işlərdə ədalətli ol, çünki özü ədalətli olanın qazıya ehtiyacı
olmaz.
Qəm və sevincini yalnız o adama de ki, qəminə qəmlənib, şadlığına
şadlansın, qəm və şadlığını adamlar içərisində büruzə vermə, hər yaxşı
və pis şey üçün tez şadlanıb kədərlənmə, belə iş uşaqlara yaraşar. Çalış
hər xırda şey üstündə özündən çıxma. Böyük adamlar hər doğru və
yalana görə təmkinliyi itirməzlər.
Nəticəsi şadlıq olan qəmi qəm, nəticəsi qəm olan şadlığı şadlıq
hesab etmə.
Ümidsizlik baş verdikdə ümidini itirmə, çünki ümidsizlik ümidlə,
ümid ümidsizliklə bağlıdır.
Dünyada bütün işlərin dəyişkən olduğunu bil. Nə qədər ki
sağsan, haqqı inkar etmə. Kim səninlə höcətə başlasa, susmaqla
onu susdur, çünki axmaqların cavabı susmaqdır.
Heç kəsin əməyini itirmə, hər kəsə özünə layiq
haqq qazandır, xüsusilə öz qohum-qardaşının haqqını
unutma, bacardıqca onlara yaxşılıq elə, ailə və tayfanızın
qocalarının hörmətini saxla. Peyğəmbər (Allah ona xeyir-dua
TƏVAZÖ VƏ BİLİYİN ARTIRILMASI HAQQINDA