38
Bu barədə bir hekayət də yadıma düşdü.
Hekayət. Deyirlər ki, Muhamməd Zəkəriyya ər-Razi
21
bir dəstə şagirdi
ilə gəzərkən bir dəliyə rast gəlir. Dəli Zəkəriyyadan başqa heç kəsə baxmır,
onu diqqətlə nəzərdən keçirdikdən sonra üzünə gülür. Muhamməd
Zəkəriyya geri dönüb evinə gəlir, əmr edir ki, əftimun
22
dəmləsinlər və
onu içir. Şagirdləri soruşurlar: „Ay müəllim, bu otun dəmini nə üçün indi
içdiniz?“ Deyir: „O dəli güldüyü üçün. Əgər o məndə öz halına oxşar bir
şey görməsəydi, üzümə gülməzdi, deyiblər: „Hər quş öz tayı ilə uçar!“
Bundan əlavə, tündxasiyyət olub özündən tez çıxmağa adət etmə, bir
az həlim olsan yaxşıdır. Lakin o qədər yumşaq da olma ki, səni hop eləyib
udsunlar. O qədər sərt də olma ki, sənə salam verməyə də qorxsunlar.
Hamı ilə yola getməyi bacar, bu üsulla həm dostdan, həm də düşməndən
istifadə edib arzuna çata bilərsən. Heç kəsi pislik etməyə öyrətmə, pislik
öyrətmək pislik etmək kimi bir şeydir. Əgər günahsız olaraq biri səni
incitsə, sən çalış onu incitmə, çünki özgəni incitməmək insanlığın bir
hissəsidir. Deyiblər ki, əsl insanlıq camaatı incitməməkdir. Deməli, insan
olmaq istəyirsənsə, gərək adam incidən olmayasan, adamlarla yaxşı rəftar
edəsən. Gərək insan aynaya baxsın, görünüşü yaxşıdırsa, işi də görünüşü
kimi yaxşı olmalıdır, çünki gözələ çirkinlik yaraşmaz, buğdadan arpa,
arpadan buğda bitməməlidir. Bu barədə mənim bir dübeytim də vardır:
Gözəlim, bizə hey pislik edirsən,
Neçin bəs yaxşılıq umursan bizdən?!
Get, əzizim, get ki, səhv eyləyirsən -
Arpa əkibsənsə, buğda biçməzsən!
Aynaya baxdıqda özünü kifir görsən, yenə yaxşılıq et, çünki çirkinlik
etsən, kifirliyi artırmış olarsan. Bu isə çox pis şeydir. Bir çirkinlik
üstünə bir də çirkinlik gəlsən, bir yerdə iki çirkinlik olar.
Səmimi sözə qiymət verən, dünyagörmüş, sınaqdan çıxmış dostların
nəsihətinə qulaq as və öz məşvərətçilərinlə həmişə təklikdə məsləhətləş,
çünki sənin onlardan ala biləcəyin fayda yalnız təklikdə ola bilər. Sən mənim
TƏVAZÖ VƏ BİLİYİN ARTIRILMASI HAQQINDA